2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ədliyyə naziri və onun “kasıb” oğlu: vəkilin bu qədər pulu hardandır?

“Nazir oğlunun Bakıda olan restoranlarını, şirkətlərini üzə çıxartmışıq. Bəs deyirsiniz Azərbaycanda “uşaq pulu” verilmir? Monopoliya və korrupsiya bu ölkəni uçuruma aparır!”

Bu fikirləri bloger Mehman Hüseynov videoaraşdırmasında səsləndirib. 

“Femidanın kölgəsində gizlənən oğlan” filmi❗️Baxın görün bu ölkədə adamın arxasında nazir ata dayananda nələr etmək olur? Sadə bir vəkilin bu qədər pulu, restoranları, şirkətləri hardandır?”, – bloger qeyd edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Ədliyyə naziri Fikrət Məmmədovun “kasıb” oğlu, Vəkillər Kollegiyasının üzvü, sadə bir vəkil Fariz Məmmədovun restoranlarını, şirkətlərini tapmışıq. Kimsə deyə bilər ki, sadə bir vəkilin bu qədər pulu, var dövləti hardandır?

“Sadə vəkil” olan Fariz Məmmədov əslində kimdir? 

O hansı şirkətləri idarə edir? 

Restoranları hansı pullarla açıb? 

Onun dostları hansı vəzifələrdə oturur? 

Vəkillər Kollegiyasının başında kim oturur? 

Bu hökumətdə ondan çox nazir vəzifəsi tutanı yoxdur. 21 ildir ədliyyə naziri kreslosuna oturan Fikrət Məmmədovu nəzərdə tuturam. Bu gün onun özündən yox, oğlundan danışacağam”, – Mehman Hüseynov bildirib. 

Fariz Məmmədov 38 yaşındadır.  

Hazırda Bakı şəhəri 12 saylı vəkil bürosunda işləyir. Bir müddət bu məsləhətxananın müdiri də olub. 

O həm də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

Arqument.az Mehman Hüseynovun araşdırmasını təqdim edir: 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button