2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ səfiri: Dağlıq Qarabağın statusu məsələsi danışıqlar gündəliyində qalmaqdadır

Bakı/11.09.21 Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların gündəliyində qalmaqdadır, bu barədə şənbə günü Yerevanda ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi jurnalistlərə bildirib, xəbəri Sputnik-Armenia yayıb.

Onun sözlərinə görə, ABŞ tərəflərin danışıqlar masasına qaytarılması üçün əlindən gələni edir, məsələni yalnız belə həll etməyin mümkün olduğuna əmindir. Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinken dəfələrlə Amerika tərəfin mövqeyini ifadə edib.

“Şübhəsiz, otuz illik münaqişə və gərginlik bir gecədə həll oluna bilməz. Amma bizim üçün mühüm olan fundamental məqamlar var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll edildiyini hesab etmirik. O, Minsk Qrupunun gündəliyində qalmaqdadır”, deyə Treysi əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Danışıqlar üçün zəmin olub-olmaması haqqında suala cavabda səfir bildirib ki, tərəflərin yerinə danışa bilməz, amma əsirlər qaytarılmadan genişmiqyaslı müzakirələrin mümkün olmadığını bəyan edən Ermənistan hökumətinin mövqeyinə istinad edib.

“Bildiyiniz kimi, ABŞ bu istiqamətdə müəyyən səy göstgərib, Rusiyalı tərəfdaşlarımız da səy göstəriblər və müəyyən uğurlar əldə olunub. Ümid edirik ki, bütün əsirlərin qaytarılacağı mərhələyə çatacağıq”, deyə Treysi bildirib. -0-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button