2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb

Avstraliya müdafiə texnologiyalarını bölüşmək üçün ABŞ və Britaniya ilə yeni bir təhlükəsizlik müqaviləsi imzalayıb. Təhlilçilərin dediyinə görə, bu, Çindən gələn potensial təhlükəyə qarşı bir cəhddir.

Britaniya rəsmiləri bu müqavilənin hansısa bir ölkəyə cavab vermək məqsədi daşımadığını desələr də, təhlilçilər bunun Çinin Hind-Sakit Okean regionunda hərbi ambisiyalarından narahatlığın açıq əlaməti və bölgənin həm ABŞ, həm də Britaniya üçün strateji əhəmiyyətinin olduğunu vurğuladığını deyir.

Yeni razılıq çərşənbə günü Prezident Co Baydenin Avstraliyanın Baş naziri Skott Morrison və Britaniyanın Baş naziri Boris Consonla birlikdə keçirdiyi virtual iclas zamanı elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Bayden tərəfdaşlığı yüksək qiymətləndirib.

“Biz həm bölgədəki mövcud strateji mühiti, həm də bunun necə inkişaf edə biləcəyi məsələsini həll etməyi bacarmalıyıq. Bizim ölkələrin və dünyanın gələcəyi azad və açıq Hind-Sakit Okean regionunun önümüzdəki onillərdə azad, şəffaf davamlı çiçəklənməsindən asılıdır.”

Birgə bəyanatda liderlər ərazi mübahisələri, terrorizm və mütəşəkkil cinayətkarlıq da daxil olmaqla, bir çox narahatlıq doğuran problemlərin olduğunu bildirib.

Təhlilçilər ilk dəfə nüvə enerjisi ilə işləyən sualtı qayıqlar inşa etməsinə imkan verdiyinə görə müqavilənin Avstraliya üçün əhəmiyyətli olduğunu deyir. Kanberra hökuməti sualtı gəmilərin nüvə silahı daşımayacağında israr edir.

Britaniyanın Baş naziri Boris Conson

Britaniyanın Baş naziri Boris Conson

“AUKUS” adı ilə tanınan ittifaq süni intellekt, kvant texnologiyaları və kiber müdafiəni də əhatə edəcək. Boris Conson üç ölkənin “təbii müttəfiqlər” olduğunu deyib. Avstraliyanın Baş naziri Skott Morrison müqavilənin regional təhlükəsizliyi gücləndirəcəyini bildirib.

Avstraliya on illərdir təhlükəsizliyinin təmin edilməsi üçün müdafiə və kəşfiyyatla bağlı müqavilələnin imzalanmasını istəyirdi.

ABŞ, Avstraliya və Yeni Zelandiya arasında bağlanan başqa bir təhlükəsizlik müqaviləsi “ANZUS” bu yaxınlarda 70 illiyini qeyd edib. Avstraliya eləcə də ABŞ, Britaniya, Kanada və Yeni Zelandiyanının daxil olduğu Beş Göz ittifaqının fəal üzvlərindən biridir. Beş Göz ittifaqı İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqını izləmək üçün yaradılıb..

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button