2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avstraliyada 3 zəlzələ olub

Avstraliyanın Viktoriya ştatında üç zəlzələ baş verib. Yeraltı təkanlar Avstraliyanın cənub-şərqində hiss edilib. Binalar və yollar zədələnsə də, hələlik ciddi xəsarət və ya ölüm halları barədə məlumat verilməyib.

İlk, 5,9 bal gücündəki zəlzələ yerli vaxtla səhər 9:15-də Viktoriyanın şimal-şərqindəki Mansfild yaxınlığındakı Alp Milli Parkında qeydə alınıb.

Hökumətineimi Geoscience Australia Agentliyinin bildirdiyinə görə, Avstraliyanın şərqində baş verən zəlzələ avropalıların məskunlaşmasından bəri qeydə alınan ən güclü zəlzələdir.

Saytların yığılması Saytlarin yigilmasi

Qısa müddət sonra eyni bölgədə 4.0 və 3.1 bal gücündə daha iki zəlzələ baş verib.

Zəlzələlərin baş verdiyi bölgədəki bir neçə yerdə dağıntı və torpaq sürüşməsinin olduğu bildirilib və əraziyə vertolyotlar göndərilib.

Xəbər verildiyinə görə, yeraltı təkanlar Viktoriya ştatının paytaxtı Melburnda təxminən 20 saniyə davam edib və binalarda yaşayan insanlar evakuasiya edilib.

Sidney, Kanberra və Tasmaniya adasının sakinləri titrəyişlər hiss etdiklərini deyib. Avstraliya rəsmiləri sunami təhlükəsi olmadığını bildirib.

Mütəxəssislər yüzlərlə kiçik təkanların aylarla davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Avstraliyada hər il orta hesabla 100 zəlzələ qeydə alınır və onlardan çoxu təxminən 3 və ya bir az çox bal gücündə olur.

1989-cu ilin dekabrında Sidneyin şimalındakı Nyukastl şəhərində baş verən 5,6 bal gücündəki zəlzələ 13 nəfərin ölümünə, 160 nəfərin yaralanmasına səbəb olmuşdu.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button