2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakı və Kiyev qardaşlaşır

Bakı/11.09.21 Bakı və Kiyev qardaşlaşır. Müvafiq niyyət protokolu Ukraynanın paytaxtında Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov və Kiyev meri Vitali Kliçko arasında imzalanıb.

Bu barədə Bakı şəhər administrasiyasının məlumatında deyilir.

Kliçko qeyd edib ki, imzalanan sənəd iki paytaxt arasında iqtisadiyyat, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı daha da gücləndirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Əzizov həmçinin qeyd edib ki, yeni saziş iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq.

Hazırda Bakının qardaşlaşdığı şəhərlər arasında Dakar (Seneqal), İzmir (Türkiyə), Neapol (İtaliya), Təbriz (İran), Hyuston (ABŞ), Basra (İrak), Sarayevo (Bosniya və Herseqovina), Vunqtau-Kondao (Vyetnam) var. -06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button