2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş Prokurorluq: “Özünü öldürən əsgərə zor tətbiq edilib”

Bunu edənin çavuş Fərəməz Abasov olduğu bildirilir

Sentyabrın 6-da hərbi hissədə özünü öldürdüyü deyilən əsgər Məmmədağa Məlikzadəyə qarşı zor tətbiq edildiyi məlum olub.

Baş Prokurorluğun yaydığı məlumatda belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, əsgər Məmmədağa Məlikzadənin odlu silahdan atəş açmaqla özünü öldürməsi faktı əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır: “Araşdırma zamanı məlum olub ki, əsgərin xidmət etdiyi hərbi hissənin baş çavuşu Fərəməz Abasov hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan əsgər Məmmədağa Məlikzadəyə qarşı zor tətbiq edib”.

Prokurorluq bildirir ki, Fərəməz Abasov Cinayət Məcəlləsinin 329.2.1-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. 

Onun barəsində Bakı Hərbi Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib: “Hazırda cinayət işi üzrə istintaq davam edir”.

Hadisə ilə bağlı Fərəməz Abasovun vəkili və ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ötən həftə Müdafiə Nazirliyi məlumat yayraq N saylı hərbi hissənin əsgəri Məmmədağa Məlikzadənin intihar etdiyini açıqlamışdı. 

Əsgərin nə səbəbə intihar etdiyi məlum deyildi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button