2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Beyləqanda büdcə pulları necə talan edilir – ŞOK SİYAHI – Savash.org


Rəngli şəxsiyyəti ilə tanınan Beyləqanın icra başçısı büdcə təşkilatlarından hər ay 30 min manat yığır

Beyləqan rayonundan daxil məlumata görə rayon icra başçısı Vaqif Abdullayev büdcə təşkilatlarını elə bir vəziyyətə gətirib ki, artıq idarə müdirləri çıxılmaz bir vəziyyətə düşüblər. Belə ki, icra başçısı rayonun Təhsil, Mədəniyyət, Səhiyyə, Meliorasiya, Suvarma, Subartezan, Yol istismar və digər büdcə təşkilatlara konkret olaraq aylıq “hesab” qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

İnformasiyalı mənbəmiz bildirir ki, icra başçısının aylıq hesabından sonra büdcə təşkilat rəhbərləri bütün güclərini Vaqif Abdullayevə verəcəkləri vəsaiti toplamaqla məşğuldurlar. Hətta vəziyyət elə bir həddə gəlib çatıb ki, rayon təhsil və səhiyyə idarələrinin müdirləri Tofiq Sadıqovla, Əli Məmmədov icra başçısının hesabını vaxtlı vaxtında ödəmək üçün Beyləqan şəhərində fəaliyyət göstərən özəl banklardan kredit götürməyə məcbur olublar.

Mənbəmiz qeyd edir ki, Vaqif Abdullayev həmçinin Beyləqan Telefon Qovşağı ilə rayon Poçtunun rəislərinə ayda bir dəfə hansısa bir işin görülməsi adı altında 1000-1500 manat arası ya hesab alar, yada hansısa bir tədbirin maliyyə vəsaitlərini onların boyunlarına “yükləyir”.

Mənbə icra başçısı Vaqif Abdullayevin aylıq hesab aldığı idarə müdirlərinin adlarını və verdikləri “haqqı”n miqdarını təfsilatı ilə GUNXEBER.COM-a verib. Həmin siyahısını təqdim edirik:

1. Nazim Mirzəyev – Mədəniyyət və Turizm İdarəsinin müdiri ayda – 3 min manat
2. Tofiq Sadıqov – Təhsil şöbəsinin müdiri ayda – 5 min manat
3. Əli Məmmədov – Səhiyyə İdarəsinin müdiri ayda 3 – min manat
4. Nadir Əliyev – Meliorasiya İdarəsinin müdiri ayda – 3 min manat
5. Ələmşad Məmmədquliyev – Suvarma Sistemləri İdarəsinin müdiri – ayda 5 min manat
6. Möhübbət Hüseynov – Subartezan Quyularının İstismar İdarəsi ayda – 5 min manat
7. Ramiz Sadıqov – Telefon Qovşağının rəisi ayda – 1500 manat
8. Rasim Məmmədov – Rayon Poçtunun rəisi ayda – 1000 manat
9. Arzu Bəndəliyev – Komunnal təsərrüfat Birliyinin rəisi ayda – 1000 manat
10. Anar Vəliyev – Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin müdiri ayda 1500 manat
11. Malik Mahmudov – Əmək və Əhalinin müdafiəsi Mərkəzinin müdiri ayda – 2000 min manat
12. Füzuli Quliyev – 37 saylı Yol İstismar İdarəsi – ayda 2000 manat

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gunxebar.com





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button