2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DİN rəsmisi təmsil etdiyi qurumu təkzib edir?

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycanda 5 aprel 2020-ci il saat 00:00-dan 04 may 2020-ci il saat 00:00-dək hərəkət məhdudiyyətləri tətbiq edilib.

Qərarın qüvvəyə münməsindən sonra, Nazirlər Kabineti (NK) ölkə ərazisində hərəkət məhdudiyyətlərini tənzimləmək məqsədi ilə 124 saylı qərarı qəbul etdi. Qərara əsasən, bir çox dvlət əhəmiyyətli qurumlar, o cümlədən xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər üçün 5 aprel saat 00:00-dək hərəkət etmək üçün əlavə icazə vasitələrinə müraciət etmək məcburiyyəti aradan qaldırıldı.

NK-nın sözügedən qərarından sonra DİN rəsmi olaraq “xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur” açıqlamasını verdi. (ŞƏKİL 1)

Saytların yığılması Saytlarin yigilmasi
ŞƏKİL 1

Lakin son günlər DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun mətbuata verdiyi açıqlama həm NK-ın 4 aprel 2020-ci il tarixli 124 saylı qərarı, həm də DİN-in daha əvvəl yaydığı açıqlama ilə ziddiyyət təşkil edir. Belə ki, cənab Zahidov modern.az saytına açıqlamasında bildirib ki, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilərlər (ŞƏKİL 2).

ŞƏKİL 2

“24 saat” xəbər verir ki, DİN rəsmisinin bu açıqlaması NK-ın qəbul etdiyi qərarla ziddiyət təşkil edir. Çünki sözügedən qərarda icazəsi olan şəxslərin 5 aprel 2020-ci il tarixindən 4 may 2020-ci il tarixinədək məhdudiyyətsiz hərəkət etmələrinə icazə verilir. Bundan əlavə, DİN-in “xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur” açıqlaması da icazəsi olan şəxslərin cərimələnməsi prosesində hüquqi qarışıqlıq yaracaq. Çünki icazəsi olan şəxslərin hansı qanuna əsasən cərimələnəcəyi məlum deyil.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button