2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İqlim dəyişikliyi və COVID dünya liderlərini ən çox narahat edən məsələlərdir

İqlim dəyişikliyi və COVID-19 təhlükəsi ilə mübarizə dünya liderlərinin çərşənbə günü BMT Baş Assableyasının illik iclasındakı çıxışlarının əsas mövzuları olub.

“Dünya COVID-19 pandemiyasına qarşı mübarizə apararkən, iqlim böhranı da var gücü ilə zərbə endirir” – deyə, Afrikanın ada ölkəsi olan Madaqaskarın Prezidenti Andri Racoelina bildirib.

Ardıcıl olaraq bir neçə ildir iqlim dəyişikliyi səbəbindən davam edən quraqlıqlar onun ölkəsinin bir hissəsini viran qoyub. Bu il çəyirtkə və qurdlar əkinləri məhv edib. Birləşmiş Millətlər Təşkilatı ölkənin cənubunda 1 milyondan çox madaqaskarlının aclıq şəraitində yaşadığını, on minlərlə insanın isə “aclıq qarşısında olduğunu” bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Racoelina qlobal istiləşmənin fəsadları haqqında danışarkən “hərəkət etməsək, böhran davam edəcək və daha da ağırlaşacaq” deyib. “Madaqaskar hər bir ölkəni ədalətlə və ətraf mühitin çirkləndirilməsi ilə bağlı fəaliyyətlərində məsuliyyətlə davranmağa çağırır” – deyə, o bildirib.

Madaqaskar Prezidenti Andri Racoelina

Altı həftə sonra 2015-ci il Paris İqlim Razılığının yerinə yetirilməsi ilə bağlı hesabat vermək üçün ölkələr Şotlandiyanın Qlazqo şəhərində bir araya gələcək. Bütün işarələr planetdə qlobal istiləşmənin Selsi ilə 1,5 dərəcə aşağı salınmasının nail olunmadığını göstərir. Britaniyanın Baş naziri Boris Conson bu hədəfə nail olmaq üçün bu həftə bütün diqqətini öhdəliklərin yerinə yetirilməsi məsələsinə yönəldib.

Conson bazar ertəsi Twitter səhifəsində yazıb ki, zəngin ölkələr havanın çirklənməsinə gətirib çıxaran artımdan bəhrələnib və indi “inkişaf etməkdə olan ölkələrə iqtisadiyyatlarını təmiz ekoloji və davamlı bir şəkildə inkişaf etdirmələrinə yardım etməlidir”.

BMT-nin ayrı-ayrı iclaslarında iqlim dəyişikliyi ilə mübarizə əsas müzakirə mövzularından biri olub. Baş katib Antonio Quterreş çərşənbə günü Baş Assambleyaya müraciət etməzdən əvvəl Qvatemala Prezidenti Alehandro Simmatti və Honduras Prezidenti Huan Orlando Hernandezlə görüşüb.

Koronavirus pandemiyası səbəbindən keçən il dövlət başçıları Baş Assambleyanın iclaslarında iştirak edə bilməmişdi. Bu il Nyu Yorkda keçirilən sessiyaya təxminən 100 nəfər qatılıb. Digərləri isə öz ölkələrində qalaraq, əvvəlcədən yazılmış çıxışlarını təqdim edib.

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı iclasda çıxış etdikdən sonra Vaşinqtona qayıdıb. O, çərşənbə günü COVID-19 pandemiyasına son qoyulması məqsədilə virtual sammit keçirib.

“Biz bu böhranı yarı tədbirlər və ya yarı ambisiyalarla həll edə bilməyəcəyik. Biz öz tərəfimizdən töhfəmizi verməliyik: hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti liderləri, xeyriyyəçilər. Bu, qlobal bir böhrandır” – deyə, Bayden bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button