2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Şura Niyaməddin Əhmədovun azad olunmasını tələb edir

Bakı/23.09.21 Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Niyaməddin Əhmədovun – Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mühafizəçisinin 15 il müddətinə azadlıqdna məhrum edilməsi ehtimalı ilə bağlı bəyanat yayıb.

Əhmədov saxta ittihamlarla təqib olunur, istintaq müddətində isə o, Dövlət Təhlükəsizliyi Xidmətində AXCP liderinin əleyhinə yalan ifadə almaq üçün amansız işgəncəyə məruz qoyublar. Amma o, bunu etməyib, bundan sonra ona qarşı “terroru maliyyələşdirmə” ittihamı irəli sürülüb.

Əhmədovu saxlanıldığı ilk günlərdən bəri mənəvi təzyiq məqsədilə öz ailəsilə telefon danışıqlarından da məhrum ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

DQMŞ hesab edir ki, Əhmədovu 19 oktyabr 2019-cu il tarixli mitinqdə hakimiyyət qüvvələrinin bütün cəhdlərinə baxmayaraq, son ana qədər Əli Kərimlinin yanından ayrılmadığına görə cəzalandırırlar. Nəhayət, onlar hər ikisi saxlanılıb və döyülüb.

DQMŞ hökumətdən Əhmədovun təqibinə soy qoymağı, məhkəmədən isə ədalətli hökm çıxarmağı və Əhmədova bəraət verməyi tələb edir.

DQMŞ demokratik dünyanı və Azərbaycan xalqını baş verənlərə seyrçi qalmamağa, İlham Əliyev rejiminin siyasi qisasçılıq hissi ilə daha bir günahsız insanı haqsız yerə həbsə göndərməsinə uca səslə etiraz etməyə çağırır. -06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button