2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mirziyoyevi də ‘milli lider’ etmək istəyirlər

Özbəkistanda iki vəzifəli millət vəkili ölkədə məhdudiyyətsiz hakimiyyətə malik prezident Şavkat Mirziyoyevə fəxri “milli lider” titulunun verilməsini təklif edib.

AzadlıqRadiosunun Özbək xidməti yazır ki, 1990-cı illərdən başlayaraq dövlət başçılarına belə fəxri titulların verilməsi Mərkəzi Asiya ölkələrində çox antidemokratik bir meylin – şəxsiyyətə pərəstişin bariz nümunəsidir.

Özbəkistanda bu təkliflə ilk dəfə çıxış edən Senat üzvü Qudratilla Rafiqov olub. O bu təklifini avqustun 19-da dərc olunmuş məqaləsində irəli sürüb.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin məqalədə Şavkat Mirziyoyevin xalq qarşısındakı xidmətlərindən bəhs olunurdu.

“Şavkat Mirziyoyev fenomeni” adlanan yazıda iddia olunur ki, prezident xüsusilə də gənclər arasında böyük etimada malikdir, uşaqlar tərəfindən isə sevilir:

“Mirziyoyevdə nəsə fövqəladə bir təbiət və xarakter var. Bu, adi adamları düşünməyə vadar edir: “Görəsən bu insan heç yatıb dincəlirmi?”

“Millət sərdarı”, yoxsa “yurdbaşı”?

Müəllif bunu da vurğulayır ki, Mirziyoyev regional liderlər arasında da böyük hörmətə malikdir və o “millət sərdarı” – milli lider tituluna layiqdir.

Parlamentin aşağı palatasının deputatı Akmal Saidov da başqa bir məqalə, lakin eyni təkliflə çıxış edib.

Deputat Mirziyoyevə “yurdbaşı” və ya “ölkə başçısı” titulunun verilməsini istədiyini bildirib.

Prezident Daşkənddəki 21 nömrəli uşaq evində

AzadlıqRadiosu yazır ki, bu qeyri-rəsmi titullar son vaxtlar rəsmi mediada onsuz da Mirziyoyevin adı ilə qoşa çəkilir.

Bu təkliflərə ictimaiyyətdən reaksiya olmayıb.

Hakimiyyətə keçmiş prezident İslam Karimovun ölümüdən sonra şübhəli konstitusiya dəyişikliyi ilə gələn Mirziyoyevin özü keçmişdə bu sayaq təzimləri xoşlamadığını deyib.

Milli liderlər klubu

Sözü gedən təklif habelə oktyabrın 24-də keçiriləcək prezident seçkisinin ərəfəsinə təsadüf edir. Bu seçkidə Mirziyoyev ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürüb.

Bu seçkidə nə əsl rəqabətin, nə də beynəlxalq müşahidəçilərin olmayacağı nəzərə alınarsa, Şavkat Mirziyoyevin qələbə çalacağı heç kimdə şübhə doğurmur.

Əgər Mirziyoyevə fəxri titul verilsə, o da Mərkəzin Asiyanın dəbdəbəli titullar daşıyan başqa liderlərinin sırasına qoşulmuş olacaq.

Şavkat Mirziyoyev (ortada) Mərkəzi Asiyanın başqa liderləri ilə birlikdə

Şavkat Mirziyoyev (ortada) Mərkəzi Asiyanın başqa liderləri ilə birlikdə

Bu ənənə 1993-cü ildə müstəqil Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovdan başlanıb.

O özünə “türkmənbaşı” titulu vermişdi.

2006-cı ildə vəfat edənədək Niyazov ölkəni dəmir yumruqla idarə edir, cəfəng fərmanlar verir və şəxsiyyətinə ifrat pərəstiş tələb edirdi.

Onun yazdığı Ruhnamə kitabı məktəblərin rəsmi tədris planına daxil edilmişdi. Bu kitabı rəsmilərin oxuması şərt idi.

Ölkənin formal səciyyə daşıyan parlamenti 1999-cu ildə Niyazovu “ömürlük prezident” təyin etmişdi.

Sələfinin heykəlini yıxan xələf

Niyazovun xələfi Qurbanqulı Berdımuxammedov isə özünü “arxadağ”, yəni “türkmənlərin arxası” kimi titulla şərəfləndirib.

Berdımuxammedov 2010-cu ildə Aşqabadda Niyazovun qızıl heykəlini sökdürəndə adamlar elə bildilər ki, şəxsiyyətə pərəstiş erasına son qoyuldu.

Amma beşçə ildən sonra Berdımuxammedovun özünə at üstündə qızıl heykəl ucaldıldı.

Qurbanqulı Berdımuxammedovun atlı qızıl heykəli

Qurbanqulı Berdımuxammedovun atlı qızıl heykəli

Berdımuxammedov televizya ekranında at çaparkən, nəvəsi ilə birlikdə mahnı oxuyarkən, idman edərkən, kitab yazarkən, sürətli avtomobilləri sürərkən görünür.

Onun belə şəxsi dəbdəbəsinə baxmayaraq ölkə yoxsulluq içində yaşayır, mağazalarda ən adi ərzaq malları tapılmır və ya talonla verilir.

Qırğızıstan niyə istisna təşkil edir?

Qonşu Qazaxıstanda hakimiyyətinin 30 ili müddətində prezident Nursultan Nazarbayevin şəxsiyyətinə pərəstiş bərqərar edilib.

O 2019-cu ildə prezident vəzifəsindən istefa etsə də, faktiki olaraq hakimi-mütləq kimi qalır.

Qazaxıstanın üzüyola parlamenti Nazarbayevə 2010-cu ildə “milli lider” titulu verib.

İndi ölkədə nüfuzlu təhsil ocaqları, küçə və parklar və hətta ölkənin paytaxtı onun adını daşıyır.

Tacikistanda prezident Emomali Rahmona “milli lider” titulu 2015-ci ildə verilib.

Onun rəsmi titullarından biri də “Tacikistanda sülhün və milli birliyin banisidir”.

Mərkəzi Asiyada bu mənada yalnız Qırğızıstan istisna təşkil edir. Bu da ilk növbədə onunla bağlıdır bu ölkədə prezidentlər öz kürsülərində çox da uzun müddətdə qala bilmirlər.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button