2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Moskva ATƏT-in Rusiya-Ukrayna sərhədi üzrə mandatını uzatmayacaq

Rusiya Ukrayna ilə sərhədinin iki məntəqəsində beynəlxalq müşahidəçilərin mandatını uzatmaqdan imtina edib.

Bu barədə məlumatı ABŞ rəsmiləri veriblər.

ABŞ-ın ATƏT-dəki missiyasının işlər müvəkkili Kortni Ostrian sentyabrın 2-də deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Birləşmiş Ştatlar Rusiya Federasiyasının sentyabrın sonundan etibarən missiya mandatının uzadılması və maliyyələşdirilməsi üçün konsensusa qoşulmayacağını bildirməsindən dərin məyusluğunu ifadə edir”.

Ostrian deyib ki, ATƏT missiyası öz mandatından Rusiya-Ukrayna sərhədinin iki keçidi barədə “tərəfsiz hesabatlar” hazırlamaq üçün “peşəkarcasına” istifadə edirdi.

Diplomat qeyd edib ki, bu missiyanın məqsədi Ukrayna və Rusiya arasında etimadın yaradılması idi.

Xanım Ostrian deyib ki, Kreml mandatı uzatmamaq qərarı ilə “öhdəliklərinin birindən də geri çəkilib və qonşularla pozitiv münasibətlərin Rusiya üçün sadəcə olaraq prioritet olmadığını nümayiş etdirib”.

Rusiya hələki ABŞ rəsmisinin bu bəyanatına reaksiya verməyib.

Minsk razılaşmalarının pozulması

Rusiya Ukraynanın şərqindəki separatçılara silah-sursat və canlı qüvvə ilə dəstək verməkdə və qonşusunu təkrar öz nüfuz dairəsinə çəkmək məqsədilə bu ölkədəki stabilliyi pozmaq cəhdlərində ittiham olunur.

Ukraynanın şərqində separatçı münaqişə artıq səkkiz ildir ki, davam edir.

Bu münaqişədə indiyədək 13 min 200 nəfər həyatını itirib.

ATƏT müşahidəçiləri hazırda Rusiyanın iki sərhəd keçid məntəqəsinə çıxışa malikdirlər.

Ukrayna “təcavüzkar ölkə” adlandırdığı Rusiyanın bu “destruktiv addımını” pisləyib.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Bu niyyətin həyata keçirilməsi Rusiyanın 5 sentyabr 2014-cü il tarixli Minks razılaşmalarının, xüsusilə də onun 4 bəndinin icrasının əngəllənməsinə yönəlib. Bu maddədə Ukrayna və Rusiya arasındakı dövlət sərhədinin daimi monitorinq və verifikasiyası nəzərdə tutulur”.

Moskva qərarını izah edir

Kiyev bildirir ki, Putinin bu qərarı onun Ukraynanın işğal olunmuş Donetsk və Luqansk vilayətlərindəki separatçılara silah-sursat, hərbi avadanlıq və nizami qoşun göndərmək niyyətinin növbəti dəfə təsdiqi olub.

Ukrayna XİN Rusiyanın açıq müharibəyə hazırlaşmasını istisna etmədiyini bildirib.

Ukrayna diplomatları deyirlər ki, Rusiya-Ukrayna sərhədinin şəffaflığının saxlanması silahlı münaqişənin tənzimlənməsinin mühüm şərtidir.

Bundan əvvəl may ayında Rusiya artıq ATƏT-in Rusiya-Ukrayna sərhədindəki mandatının dörd ay müddətinə uzadılmasına etiraz bildirmişdi.

Nəticədə missiyanın mandatı cəmi iki ay müddətinə uzadıldı və beləlıiklə, sentyabrın sonunda başa çatmalıdır.

Rusiyanın ATƏT-dəki daimi nümyəndəsi Aleksansr Lukaşeviç bundan əvvəl demişdi ki, Rusiya ATƏT müşahidəçilərinin sərhədin iki avtomobil keçidindəki mandatının uzadılmasına ehtiyac görmür.

TASS bildirir ki, Lukaşeviç Moskvanın bu qərarını ATƏT müşahidəçilərindən antirusiya kampaniyasında istifadə olunması ilə izah etmişdi.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button