2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Naxçıvanın keçmiş daxili işlər naziri 11 il azadlıqdan məhrum edilib

Bakı/24.09.21 Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü ilə bu regionun keçmiş daxili işlər naziri Əhməd Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, Əhmədov general rütbəsindən və  “Azərbaycan bayrağı” ordenindən məhrum edilib.

Əhmədov bu ilin əvvəlində ziyan vurmaqla xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Əhmədov 17 il (2000-2017-ci illərdə) Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Onun adı yerli hüquq müdafiəçilərinin və jurnalistlərin təqib olunması ilə bağlı qalmaqallarda keçib.

Bəzi məlumatlara görə, Əhmədov qardaşı Əvəz Əhmədova pul borcu olan şəxsləri qanunsuz olaraq azadlıqdan məhrum edib. Sonuncu da həbs olunub, təhdid və qanunsuz azadlıqdan məhrumetmə yolu ilə pul tələb etməkdə ittiham olunur.

Qeyd edək ki, 2016-cı ildə Naxçıvan Təhlükəsizlik Nazirliyinin rəhbəri Vəli Əsgərov vəzifədən çıxarılaraq həbs olunub. O, “külli miqdarda mənimsəmə və ya israf”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə səlahiyyətlərini aşma” maddələrilə 14 il azadlıqdan məhrum edilib.– 06B

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button