2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Nazir GUAM-ın iclasında Qarabağdan danışıb

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov sentyabrın 22-də GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 37-ci iclasında çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, nazir deyib ki, Azərbaycan həm regional, həm də bölgələrarası səviyyədə sülhün, təhlükəsizliyin, sabitliyin və rifahın təmin edilməsinə yönəlmiş “GUAM+” formatı çərçivəsində genişləndirilmiş əməkdaşlığın güclü tərəfdarı olaraq qalır.

Saytların yığılması Saytlarin yigilmasi

O çıxışında Qarabağ məsələsindən də danışıb. Nazir deyib ki, münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açır:

“10 Noyabr 2020-ci il tarixli birgə bəyanat, xüsusilə bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı. Azərbaycan, Ermənistan və Rusiya bölgədə nəqliyyat kommunikasiyalarının açılması üçün konkret istiqamətlər üzərində işləməyə başladılar.”

O deyib ki, azad edilmiş ərazilərin mina ilə kütləvi çirklənməsi Azərbaycan hökumətinin başladığı genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur:

“Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkməsi üçün təzyiq göstərməlidir ki, Ermənistan bunun əvəzinə davamlı sülh və inkişaf üçün unikal imkandan istifadə etsin. Üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin, müharibənin bütün nəticələrini aradan qaldırmaq və bölgədəki bütün ölkələr, onların xalqları üçün firavan bir gələcək qurmaq yolunda alternativi yoxdur.”

GUAM 1997-ci ildə yaradılıb.Ona adından da göründüyü kimi (ad üzv ölkələrin adlarının baş hərfindən götürülüb) – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb.

Sessiya sentyabrın 27-də başa çatmalıdır. Onun əsas müzakirə mövzularından biri Əfqanıstandakı vəziyyətdir.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isəəsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button