2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şikayət edənin özünü… – Azərbaycanlı alim və xanımı məhkəmə qarşısında

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki əməkdaşı Qarabağ ərazisində tədqiqat üçün ayrılmış vəsaitlərin yeyintisində ittiham olunur. Onlar AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi olmuş tarixçi alim Səbuhi Hüseynov və onun həyat yoldaşı, institutun kadrlar şöbəsinin keçmiş müdiri Gülüstan İsayevadır. Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində onların mühakiməsi başlayıb.

Cinayət işinin materiallarında 92 min manatın mənimsənilməsindən söhbət gedir. 41-yaşlı Hüseynov və 36-yaşlı İsayevaya qarşı CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İddia olunur ki, İsayeva kadrlar şöbəsinin müdiri kimi, vəsaitin mənimsənilməsi prosesində sənədləşmə işlərində həyat yoldaşına yardım edib.

Şərləndiklərini deyirlər

Hazırda təqsirləndirilən şəxslərin heç biri Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləmir. Bunu onlar özləri fevralın 22-də məhkəmədə bildiriblər. Hüseynov deyir ki, hazırda Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışır.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar özlərini təqsirli bilmir, şər-böhtana məruz qaldıqlarını deyirlər. İddia edirlər ki, çalışdıqları institutda korrupsiya, özbaşınalıqlar haqda Elmlər Akademiyasının rəhbərliyinə və başqa qurumlara yazdıqları şikayət məktublarına görə onların özlərini şərləyiblər. Bunu onların vəkili də dilə gətirib və cinayət işinin istintaqa geri qaytarılması haqda vəsatət qaldırıb.

Vəkil Abusəməd Səmədov deyir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu cinayət işini obyektiv araşdırmayıb. Müdafiəçinin sözlərinə görə, verilən ittihamlar fərziyə və ehtimallara əsaslanır, heç bir mötəbər sübut-dəlil yoxdur.

“Bu adamlar institutda baş alıb gedən korrupsiyaya, özbaşınalığa qarşı çıxıblar. Çünki bunun nəticəsində institut idarəolunmaz hala gəlib. Şikayət yazıb, xaosun dayandırılmasını istəyiblər. Nəticədə institutda komissiya yoxlama aparıb. Şikayətdə göstərilənlər də təsdiqini tapıb”, – vəkil bildirib.

24 saat” “Şikayət edənin özünü… – Azərbaycanlı alim və xanımı məhkəmə qarşısında” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button