Siyasət
Viktoriya Nurland Azərbaycana təşəkkür edib
Bakı/23.09.21 ABŞ dövlət katibinin müavini Viktoriya Nurland ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşdırılmasında dəstəyinə görə Azərbaycana təşəkkür edib. Bu barədə o, Nyu-Yokrda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşündən sonra Tvitter-dəki mikrobloqunda yazıb.
“Birləşmiş Ştatlar Azərbaycana bizim Əfqanıstanda təxliyə səylərimizi dəstəklədiyinə görə təşəkkür edir”, deyə Nuland qeyd edib. -16D-