2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ƏƏSMN işsiz şəxslərin qeydiyyatdan keçməsinə süni maneə yaradıb

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verdiyi açıqlamada işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçərək elektron qaydada qeydiyyata düşmək kifayət idi.

24 saat“-a daxil olan çoxsaylı şikayətlərin araşdırılması zamanı məlum olub ki, ƏƏSMN-in açıqlamasında yer alan www.e-sosial.az saytı yaradılmış süni maneə nəticəsində iddia edilən kimi vətəndaşlara xidmət göstərə bilmir.

Saytların yığılması Saytlarin yigilmasi
www.e-sosial.az
ƏƏSMN-in təqdim etdiyi saytdan (www.e-sosial.az) görüntü
ƏƏSMN-in təqdim etmək istəmədiyi saytdan (e-sosial.az) görüntü

Məlumat üçün bildirək ki, yaranmış problem heç də kənar müdaxilə (xaker və bənzəri hücumlar) nəticəsində əmələ gəlməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytından yayımlanan açıqlamada WWW.e-sosial.az saytına daxil olaraq verilən təlimatların yerinə yetirilməli olduğu bildirilsə də (şəkil 1), saytın SSL sertifikatının WWW domeninə aid olmadığını təsbit edə bilmişik (şəkil 2).

Şəkil 1
Şəkil 2

Bəs necə qeydiyyatdan keçmək olar?

İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi – 190 manatı almaq üçün şəkilli TƏLİMAT

24 saat“-ın sayt üzərində apardığı xırda analizindən sonra məlum olub ki, ƏƏSMN-in təqdim etdiyi sayta daxil olmaq üçün e-sosial.az (WWW olmadan) domeni yazılmalı və daha sonra “e-xidmətlər” (https://e-sosial.az/#/eServices) bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” (https://mas.mlspp.gov.az/app/#/jobseeker/auth?Token=asanlogin) xidmətini seçilməlidir.

Bundan sonra açılan pəncərələrdən ilk sətirdə yer alan “İstifadəçi FİN-i ilə” bölməli seçilməlidir. Daha sonra qeydiyyatdan keçmək üçün aşağıdakı addımlar tamamlanmalı və qeydiyyat sonlandırılmalıdır.

  1. Onlayn qaydada İstifadəçi FİN-inin əldə olunması vətəndaşların heç bir xidmət məntəqəsinə müraciət etmədən birbaşa internet üzərindən müraciət edərək qeydiyyatını tamamlaya bilməsi üçün nəzərdə tutulmuşdur.
  2. “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin.
  3. Daha sonra mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.

(FİN – Fərdi İndefikasiya Nömrəsini necə əldə edəcəyiniz barədə məlumat aşağıdadır.)

Köhnə və yeni şəxsiyyət vəsiqələrinin üzərində FİN kodlar

Əziz oxucular, yuxarıda göstərilən mərhələləri uğurla tamamladıqdan sonra qeydiyyatınız başa çatmış olacaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button