2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dünya Liderləri BMT-nin Baş Assambleyasında çıxış edir

Britaniyanın Baş naziri Boris Conson, Vyetnam Prezidenti Nquyen Suan Fuk və Malavi Prezidenti Lazarus Makkarti Çakvera çərşənbə gümü BMT Baş Assambleyasında çıxış edəcək dünya liderləri arasındadır.

Boris Conson çıxışından bir neçə gün əvvəl iqlim dəyişikliyi ilə əlaqədar tədbirlərin vacibliyini vurğulayaraq, qlobal iqtisadi canlanmanın “kökləri yaşıl inkişafa söykənməlidir” deyib.

Conson zəngin dövlətlərin iqtisadiyyatlarını havanın çirklənməsi sayəsində inkişaf etdirdiklərini və indi onlar “inkişaf etməkdə olan ölkələrə iqtisadiyyatlarını təmiz ekologiya şəraitində və davamlı bir şəkildə inkişaf etdirmələrinə yardım etmək məcburiyyətindədirlər” – deyə, bazar ertəsi tvitter səhifəsində yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Britaniyanın Baş naziri Boris Conson

Conson müraciətini Ağ Evdə Prezident Co Baydenlə görüşündən bir gün sonra edib.

BMT-nin ayrı ayrı iclaslarında iqlim dəyişikliyi ilə mübarizə əsas müzakirə mövzularından biri olub. Baş katib Antonio Quterreş çərşənbə günü Baş Assambleyaya müraciət etməzdən əvvəl Qvatemala Prezidenti Alehandro Simmatti və Honduras Prezidenti Huan Orlando Hernandezlə görüşüb.

Çərşənbə günü çıxış edənlər arasında İspaniyanın Baş naziri Pedro Sançez, Ukrayna Prezidenti Volodimir Zelenski, Qana Prezidenti Nana Akufo-Addo, Səudiyyə Ərəbistanı Kralı Salman, Sierra-Leone Prezidenti Sulius Maada Biyo və Norveçin Baş naziri Erna Solberq də var.

Koronavirus pandemiyası keçən il dövlət başçılarını Baş Assambleyanın iclaslarına qatılmamağa məcbur etmişdi. Bu il Nyu Yorkda keçirilən sessiyaya təxminən 100 nəfər qatılıb. Digərləri isə evdə qalaraq, qeydlərini səs yazısı ilə çatdırmağa üstünlük verib.

Çərşənbə günü müraciətlərini əvvəlcədən lentə alanlar arasında Venesuela Prezidenti Nikolas Maduro, İndoneziya Prezidenti Coko Vidodo, İordaniya Kralı Abdulla və Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev də var.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş çərşənbə axşamı “böhranlar şəlaləsi” qarşısında “oyaq olun”,
“dünyamız heç vaxt bu qədər təhdid görməmiş və ya bu qədər bölünməmişdi” deyib.

O, iqlim böhranına və COVID-19-a, həmçinin Əfqanıstan, Efiopiya və Yəmən də daxil olmaqla, bir çox ölkədə “çalxalanmaya” da işarə edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button