Loading...
Loading...
Xəbərlər

Əbdürrəhman Vəzirov Moskvada vəfat edib

Bakı/10.01.22 Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 10-da Moskvada 91 yaşında vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər. Həmin mənbələrə görə, o, Moskvada dəfn ediləcək.

Vəzirov kritik dövrdə, 1988-89-cu illərdə – Qarabağ münaqişəsinin kəskinləşdiyi və Azərbaycanda milli hərəkatın başlandığı dövrdə ölkə rəhbəri vəzifəsini tutub. O, Moskvaya kor-koranə itaət etməkdə və Dağlıq Qarabağda vəziyyətə nəzarətin itirilməsində təqsirli bilinir. Bütün bunlar Azərbaycanda siyasi böhrana gətirib çıxardı. Sovet qoşunlarının Bakıya yeridilməsi kommunist rejiminin süqutunun qarşısını aldı ki, bu da sinc əhalinin kütləvi qətlinə, milli-azadlıq hərəkatı fəallarına qarşı repressiyalara səbəb oldu.

Baş verənlərdə əsas günahkar Vəzirov hesab olunur. Onun barəsində cinayət işi açılmışdı. 1990-cı ilin yanvarından Moskvada yaşayıb. -02B-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button