Loading...
Loading...
Xəbərlər

Əbülfəz Məlikov həbs edilib

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.

Səbail Rayon Məhkəməsindən “Turan”a verilən məlumata görə, istintaq orqanın təqdimatına əsasən, avqustun 7-də Ə.Məlikov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Onun “gömrükçülərin işi” üzrə saxlanıldığı bildirilir. Ə.Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində “brokerlik fəaliyyəti” ilə tanınır. Ona qarşı xüsusilə böyük məbləğdə vergigömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Bu məlumatlara, hələlik, ondan və ya vəkilindən münasibət almaq mümkün olmayıb.

Ə.Məlikovun adı mətbuatda illərdir Azərbaycanda gömrükdə monopoliyanın yaradılmasında hallanıb. Amma onun özü belə iddiaları yalanlayıb.

İyulun 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tutduğu vəzifədən azad edilib.

Bundan az öncə Dövlət Təhlükəsizliyi Xidməti Gömrük Komitəsinin dörd vəzifəli şəxsinin saxlanılması haqqında məlumat yayıb. Onlar dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Yerevan Azərbaycanla sərhəddə Ermənistan hərbçisinin yaralandığını bildirir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button