2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Əcnəbi göyə balonlarla çıxır… – Nəqliyyat haqqını niyə qaldırmaq istəyirlər?

Lüksemburq 2020-ci ilin mart ayından ictimai nəqliyyatda (avtobus, tramvay, qatar) gedişi pulsuz edib. Malta 2022-ci ilin oktyabr ayından belə addım atmağa hazırlaşır. Almaniyada bu barədə müzakirələr başlayıb.

Bunu iqtisadçı Samir Əliyev özünün “Facebook”dakı səhifəsində yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

S.Əliyev qeyd edir ki, bir sıra ölkələrin ayrı-ayrı şəhərlərində pulsuz ictimai nəqliyyat sistemi var. Estoniyanın paytaxtı Tallində xeyli vaxtdır əhali nəqliyyat xidmətinə görə ödəniş etmir. Belçikanın Hasselt şəhərində əhali ödənişdən 1997-ci ildə azad olunub. Qiymətləndirmələrə görə, bunun nəticəsində 2006-cı ilədək ictimai nəqliyyatdan istifadə edənlərin sayı 13 dəfə artıb.

Ümumilikdə dünyanın 100-ə qədər şəhərində ictimai nəqliyyatdan istifadə haqqına güzəştlər tətbiq edilir: bəzi ölkələrdə bütün şəhər əhalisinə, bəzilərində müxtəlif yaş qruplarına (məsələn, pensiyaçılara).

Dünyada ictimai nəqliyyatın gediş haqqından azad olunması tendensiyası müşahidə edilir. Bunun əsas səbəbi havanın çirklənməsini minimuma endirməkdir. Bir dəfə Parisdə özüm şahidi olmuşam: hökumət çirklənməni azaltmaq məqsədilə metro və tramvaydan istifadəni 10 gün müddətinə pulsuz etmişdi. Bununla insanları havanı çirkləndirən şəxsi avtomobillərdən və avtobuslardan çəkindirməyə çalışırdı.

İnsanların ictimai nəqliyyata yönləndirilməsinin digər səbəbi tıxacları, parklanma yerlərində yüklənməni azaltmaqdır.

Azərbaycanda isə situasiya tamamilə fərqlidir. Xeyli nəqliyyat şirkəti gediş haqlarının artırılması üçün Tarif Şurasına müraciət edib. Hökumət qiymət artımının müzakirə edilmədiyini bildirsə də, böyük ehtimalla yaxın aylarda gediş haqları artacaq.

Şəhərdə havanın çirkənməsindən, tıxaclardan, parklanma yerlərinin olmamasından şikayətlənirik, ancaq bu problemlərin həllinə töhfə verən ictimai nəqliyyat xidmətinin keyfiyyətini artıra bilmirik. Hökumət insanların şəxsi avtomobildən ictimai nəqliyyata yönəltmək üçün qiymətləri cəlbedici etmək əvəzinə növbəti bahalıq barədə düşünür.

24 saat” “Əcnəbi göyə balonlarla çıxır… – Nəqliyyat haqqını niyə qaldırmaq istəyirlər?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button