2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının qeydiyyat barədə müraciətinə məhəl qoymur

Bakı/11.02.22 Azərbaycan Demokratiya və Rifah Partiyası dövlət qeydiyyatı ilə bağlı müraciətinə  Ədliyyə Nazirliyindən  cavab almayıb, halbuki, sənədləri nazirliyə təqdim etməsindən üç ay keçir. Bunu partiyanın rəhbəri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, partiyanın 1500 imza ilə təsis sənədləri 11 noyabr 2021-ci ildə Ədliyyə Nazirliyinə təqdim olunub.

Siyasi partiyalar haqqında qanuna uyğun olaraq, qeydiyyat haqqında müraciətə 40 gün ərzində baxılmalı və qərar qəbul edilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

“Bütün müddətlərin bitməsinə baxmayaraq, Ədliyyə Nazirliyi cavab vermir, halbuki, qanuna görə, qeydiyyat haqqında şəhadətnamə verilməlidir”, – İbadoğlu bildirib.

Müəyyən edilmiş müddətdə qeydiyyatdan imtina ilə bağlı cavab olmadıqda partiya qeydiyyata alınmış sayılır.

*Azərbaycan Demokratiya və Rifah Partiyasının təsis qurultayı 7 oktyabr 2021-ci ildə keçirilib. Partiya 2015-ci ilin fevralında yaradılmış eyniadlı hərəkatın bazasında yaradılıb. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button