Now Reading:
ƏFLATUN AMAŞOV YENİDƏN MƏTBUAT ŞURASININ SƏDRİ OLDU – ŞOK

İdarə Heyətinə də yeni üzvlər seçildi

Deputat Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Az24.org xəbər verir ki, bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib. Həmçinin İdarə Heyətinə yeni üzvlər də seçilib.

Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.

Yada salaq ki, 24saat.org saytı Əflatun Amaşovun təkrar MŞ-ya sədr seçiləcəyini ötən həftə yazmışdı.

Az24.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.