Loading...
Loading...
Cəmiyyət

Əfqan körpəyə təyyarənin adını qoydular

ABŞ hərbi təyyarəsində dünyaya gəlmiş əfqan körpəyə elə təyyarənin adını veriblər. Bunu ABŞ ordusunun rəsmisi açıqlayıb.

ABŞ-ın Avropa Komandanlığının rəhbəri General Tod Volters avqustun 25-də brifinqdə deyib ki, əfqan qıza təyyarənin kod adı olan “Reach” adı verilib.

Kabildən qaçmış ailə Qətərdən ABŞ ordusunun Almaniyadakı bazasına uçarkən qadının doğuş sancıları başlanıb, vəziyyəti ağırlaşıb. Təyyarə hava təzyiqini artırmaq üçün endikcə ananın həyatı xilas edilib.

Generalın arzusu

Hərbi mediklər təyyarə enəndən sonra onun yük yerində qadının doğmasına yardım ediblər. Bundan sonra ana və uşaq xəstəxanaya aparılıb. Reach valideynləri ilə birlikdə daha sonra Birləşmiş Ştatlara aparılacaq, Volters deyib.

Hava Qüvvələrin qırıcı təyyarə pilotu olaraq arzumu təsəvvür edə bilərsiz. Reach adlı bu körpə böyüsün, ABŞ vətəndaşı olsun, Hava Qüvvələrimizdə ABŞ-ın qırıcı təyyarəsini sürsün”, – Volters zarafatla deyib.

ABŞ Hava qüvvələrində hər bir təyyarənin digərilə kommunikasiyası üçün kod adı var. Əfqan ailənin olduğu təyyarənin kod adı “Reach 828” olub.

Avqustun 20-dən bəri Kabildən evakuasiya olunaraq ABŞ-ın Avropadakı bazalarından keçən minlərlə insandan yalnız 100 nəfərinə tibbi xidmət lazım olub. Daha iki ana isə bazaya çatandan sonra uşaq dünyaya gətirib, Volters deyib.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button