Now Reading:
Əfqan Muxtarlı 3 günlük həbsdən buraxıldı – Doğmalarının yasında iştirak üçün…

Həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxınlarının yas mərasimində iştirakı üçün etdiyi müraciətə baxılıb.

Sabah Ə.Muxtarlının yaxınlarını itirməsindən 40 gün ötür.

Jurnalistin yas mərasimində iştirakına icazə verilməsi üçün hələ hadisə günü – dekabrın 31-də vəkili Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdi. Amma heç bir cavab verilməmişdi.

Faciəvi hadisə dekabrın 31-də Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Jurnalistin bacısı, 1982-ci il təvəllüdlü Nuranə Muxtarlı, onun iki yaşlı qızı və 12 yaşlı qardaşı qızı dəm qazından boğularaq, dünyasını dəyişib.

Məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin jurnalist prezident və ailəsinin biznesi haqda araşdırmalarına görə cəzalandırıldığını bildirir.

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.