2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

“Elə danışırsız, sanki sərhədlərimiz aşsüzəndi…”

İyunun 20-də Nəsimi Rayon Məhkəməsində Gürcüstanda oğurlanaraq Bakıya gətirilmiş jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması haqda vəsatətə baxılıb. Vəsatəti jurnalistin vəkili Elçin Sadıqov məhkəməyə təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmədə Əfqan Muxtarlı özü də iştirak edib.

Prokurorluğu isə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Həsən Nağıyev təmsil edib. O, Əfqan Muxtarlının işi üzrə istintaq qrupunun üzvüdür.

Müstəntiq Əfqan Muxtarlının ev dustaqlığına buraxılmasına etiraz edib. Fikrini onun qaçıb istintaqdan yayınmaq ehtimalı ilə əsaslandırıb.

Əfqan Muxtarlı müstəntiqə etiraz edib: “Elə danışırsız, sanki sərhədlərimiz aşsüzəndi…”

Məhkəmə vəsatəti təmin etməyib.

Elçin Sadıqov bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button