Loading...
Loading...
Cəmiyyət

Əfqan Muxtarlı: “Həbsxana rəhbərliyi mənə təxribat hazırlayır”

 Jurnalist insan haqları təşkilatlarına və səfirliklərə müraciət ünvanladı

Hazırda həbsdə olan, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı jurnalist Əfqan Muxtarlı insan haqları təşkilatlarına və səfirliklərə müraciət ünvanlayıb.

Jurnalistin xanımı Leyla Mustafayeva tərəfindən ictimailəşən müraciətdə deyilir:

10 gündən artıqdır ki, həbsxana rəhbərliyi mənə qarşı təxribat hazırlayır. Şahin Həsənovun əmri ilə mayor Kamil müxtəlif üsullarla mənə təzyiq edir ki, nəsə etiraz edim. Bundan istifadə edib mənə qarşı yeni cinayət işi qaldırsınlar.

Həbsxana rəhbərliyində fikir formalaşıb ki, siyasi məhbuslara təzyiq edən zabitlərin rütbələri və vəzifələri artırılır. Mayor Kamil dəfələrlə deyib ki, mənim əleyhimə yazın, vəzifəmi artırsınlar. Azərbaycan mətbuatından xahiş edirəm ki, mayor Kamil və Şahin Həsənov haqqında yazsınlar.

Bu gün xəstələr üçün müalicə otağından çıxarılmışam. Faktiki olaraq, qidalanma problemim var. Şəkərim var. Yeməkxanada verilən yeməklər keyfiyyətsizdir, normativlərə uygun deyil. Beynəlxalq təşkilatlardan, QHT-lərdən, Ədliyyə Nazirliyindən xahiş edirəm ki, 16 Saylı ÇCM-də monitorinq aparsınlar. Səfirliklərinə də müraciət edirəm.

Mən əşyalarımı “koptorq”a qoyuram. Bəyan edirəm ki, çantalarımda qadağan edilmiş əşyalar yoxdur. Çantalardan nəsə çıxsa, məsuliyyəti Ş.Həsənov daşıyır. Mənə qarşı atılan istənilən addım Ş.Həsənov tərəfindən idarə olunur. Baş verəcək neqativ hadisələrə görə, məsuliyyəti Ş.Həsənov daşıyır”.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il, mayın 29-da “yoxa” çıxıb və səhərisi gün Azərbaycanda həbs edilib.

Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə günahkar biliblər.

Ə.Muxtarlıya məhkəmənin qərarı ilə 6 il müddəyinə azadlıqdan məhrumetmə cəzası verilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

24saat.org

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button