Now Reading:
Əfqan Muxtarlı: ‘Məni İlham Əliyev həbs etdirib’

Əfqan Muxtarlı: ‘Məni İlham Əliyev həbs etdirib’

«Mən istər Azərbaycanda olanda, istərsə də Gürcüstanda yaşadığım müddətdə Əliyevlərin korrupsiyası barədə silsilə jurnalist araşdırmalarım olub. Məhz həmin araşdırmalara görə də cəzalandırılmışam…», – həbsdə olan jurnalist Əfqan Muxtarlının sözləridir.

Martın 2-də Şəki Apellyasiya Məhkəməsində Ə.Muxtarlının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Şikayət Ə.Muxtarlının 6 il azadlıqdan məhrum edilməsinə dair Balakən Rayon Məhkəməsində çıxarılmış hökmdən verilib.

Rəfael Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası jurnalistin şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasına qərar verdiyindən, bugünkü məhkəmədə Ə.Muxtarlının özünə də ifadə vermək imkanı yaranıb. O, birinci instansiya məhkəməsindəki qədər geniş ifadə verməsə də, necə tutulması və həbsinin səbəbləri haqda qısa danışıb: «Məni Gürcüstandan oğurlayıb gətiriblər. Azərbaycan hökuməti bu işi həyata keçirməmişdən əvvəl təbii ki, Gürcüstan tərəfi ilə razılaşıb. Bizimkilər məni oğurlayıb gətirməyə razılıq almaqdan ötrü onları inandırmışdılar ki, bu iş xırda məsələdir. Hadisədən sonra Gürcüstan başa düşdü ki, xırda məsələ deyilmiş. Gürcüstan mənimlə bağlı məsələyə görə beynəlxalq təzyiqlərlə üzləşdi, cavab verməli oldu. Məsələ o qədər böyüdü ki, Gürcüstanın prezidenti mənim oğurlanmağımla əlaqədar iki dəfə bəyanat verməli oldu, orada cinayət işi başlandı…».

Gözlə

«Konkret faktları cəmiyyətə açıqlamışam»

Ə.Muxtarlı həbsinin səbəblərindən danışarkən deyib ki, onun cəzalandırılması haqda göstəriş birbaşa prezidentdən gəlib. Onun sözlərinə görə, səbəb də Əliyevlər ailəsi haqda silsilə araşdırmalardır: «Mən Silahlı Qüvvələrə ayrılan vəsaitlərin yeyilməsi, Əliyevlərin Göygölü zəbt etmələri, oradakı villaları, bu ailənin Gürcüstandakı biznes fəaliyyəti haqda silsilə araşdırmalar aparmışam, konkret faktları, sübutları cəmiyyətə açıqlamışam. Ona görə də şəxsən İlham Əliyevin göstərişi ilə həbs olunmuşam…».

Bu cinayət işində Qafur Məmmədov adlı zərərçəkmiş də var. İttihamda yazılıb ki, Ə.Muxtarlı Azərbaycan-Gürcüstan sərhədini Balakən rayonu ərazisində qanunsuz keçərkən ona mane olmaq istəyən bu hərbçini vurub.

Martın 2-də keçirilən məhkəməyə Q.Məmmədov gəlməmişdi. Zərərçəkmişin dindirilməsi vacib sayan məhkəmə heyəti prosesi martın 14-nə saxlayıb.

24saat.org

Mənbə – azadliq.info

QR:  <?php the_title(); ?>

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.