2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əfqan Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq

Jurnalist qaçaqmalçılıqda və sərhədi qanunsuz keçməkdə ittiham olunur

“Avropa Birliyi Gürcüstanla münasibətlərinə yenidən baxmalı, vizasız gediş məsələsini də dərhal dayandırmalıdır”

Saytların yığılması Saytlarin yigilmasi

“Gürcüstanda tutularaq Azərbaycana gətirilmiş jurnalist Əfqan Muxtarlı Dövlət Sərhəd Xidmətinin (DSX) binasında saxlanılır”.
Bunu “Azadlıq”a jurnalistin vəkillərindən Elçin Sadıqov deyib. Əfqan Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz keçmə), 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Dövlət Sərhəd Xidməti Ə.Muxtarlının saxlanması ilə bağlı suallara cavab verməyib.
“Əfqan Muxtarlı Tiflisdə oğurlanıb, sonra döyülüb, sonra başına torba keçirilib və gətirilib sərhəddə bir yerdə sərhəd zastavasına verilib. Əlavə olaraq da üstünə 10000 avro pul qoyulub. Məqsəd iki maddə ilə cinayət işi açmaq olub. Yenə saxta, qurama iş düzəldiblər. Guya Əfqan bəy dövlət sərhəddini qanunsuz keçib, üstəlik, qaçaqmaçılıq edib. Artıq Azərbaycan hakimiyyətinin özbaşınalıqlarına, cinayətlərinə Gürcüstan hökuməti də şərik olmağa başlayıb”. Bu sözləri gənc fəal Ülvi Həsənli facebook statusunda yazıb.

Media hüququ eksperti Ələsgər Məmmədli jurnalist Əfqan Muxtarlı ilə bağlı baş verənləri facebook hesabında belə şərh edib:
“Araşdırmaçı jurnalist Əfqan Müxtarlının sığındığı Gürcüstandan qanunsuz yollarla gətirilməsi və Azərbaycanda həbs altına atılması Gürcüstanın beynəlxalq imicini ayaqlar altına atan addımdır. Avropa Birliyi ilə bütünləşməyə qərar verən bir ölkəyə sığınan insanın təhlükəsizliyinin orta əsrlər səviyyəsində təhlükələr altında olması Gürcüstanı bir dövlət kimi bitirən addımdır. Bu olaya hansı pəncərədən baxmağın fərqi yoxdur, bütün hallarda baş verən Gürcüstanın dövlət və hüquq anlayışlarından uzaq olmasının göstəricisidir.
Belə ki, hər iki ehtimalda:
1. Əfqan Muxtarlının rəsmi qurumların bilgisi və iştirakı ilə hüquqa zidd, məhkəmə qərarı olmadan təhvil verilməsi halında bu, hüquqi rəzillikdir və Gürcüstanın Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunan və əməl etməli olduğu beynəlxalq hüquq normalarını ayaqlar altına atmasıdır.
2. Əfqan Müxtarlını rəsmi qurumların bilgisi və iştirakı olmadan, mafiya, yaxud xüsusi əməliyyatçıların Gürcüstandan çıxarması daha böyük rəzillikdir. Deməli, bu “dövlət” Şevardnadzenin dönəmindəki vəziyyətə qayıdıb. Bu isə Avropa Birliyinin təhlükəsizliyini də ciddi təhdid edən məqamdır. Sabah, istənilən Avropa ölkəsi vətəndaşının Gürcüstanda eyni situasiya ilə üzləşəcəyi, 3-cü ölkələrə və hətta İŞID-ə verilməyəcəyi qarantiyası artıq yoxdur.
Avropa Birliyi Gürcüstanla münasibətlərinə yenidən baxmalı, vizasız gediş məsələsini də dərhal dayandırmalıdır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button