Now Reading:
Əfqan Muxtarlının həyat yoldaşı Gürcüstanı tərk edib

Əfqan Muxtarlının həyat yoldaşı Gürcüstanı tərk edib

Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva oğlu ilə birlikdə Gürcüstanı tərk edib.

Bu barədə oktyabrın 12-də Azadlıq Radiosuna Leyla xanımın özü məlumat verib.

Məlumatı onun vəkili Arçil Çopikaşvili də təsdiqləyib.

Leyla Mustafayeva hazırda 4 yaşlı qızı ilə birlikdə Almaniyanın Berlin şəhərində olduğunu deyir.

O bunun səbəbini Gürcüstanda özünü təhlükəsiz hiss etməməsi və izlənməsi ilə izah edir.

Leyla Mustafayeva buna görə oktyabrın 11-də 4 yaşlı qızı Nurayla birlikdə Gürcüstanı tərk edərək Berlinə getdiyini deyir: “Avqustun 2-4-də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Gürcüstana səfərindən sonra izləmələr intensivləşmişdi. Biz bundan əvvəlki izləmələr barədə də prokurorluğa şikayət, habelə həmin adamların foto və videolarını cəkib vermişdik. Hətta kafelərdən birində naməlum adamın mənim oturduğum stolun yayına çanta qoymasının videosunu da prokurorluğa verdik. Çanta demək olar ki, boş olduğundan güman edirdik ki, orda dinləmə qurğusu ola bilər. Prokurorluqdan mənə bildirdilər ki, bəli həmin adam çantanı məqsədli şəkildə yerləşdirib, amma prokurorluq sonrakı gün həmin adamı müdafiə elədi, dedi ki,o ela adam deyil”.

Leyla Mustafayeva deyir ki, Ramil Usubovun səfərindən sonra izlənmələri barədə hələ avqustun 7-də şikayət versələr də bugünədək araşdırmayıblar.

Leyla xanım hesab edir ki, onu izləyənlərdən biri, oğurlanmazdan əvvəl Əfqanı izləyən adam olub və deyir ki, prokurorluq bu işləri araşdırmadığından onlar Gürcüstanı tərk etmək məcburiyyətində qalıblar: “Əgər prokurorluq həmin adamları müdafiə edirsə,onda biz daha Gürcüstanın hüquq-mühavizə orqanlarına güvənə bilmərik”, Leyla Mustafayeva deyir.

Leyla Mustafayeva yaxın vaxtlarda Almaniya hökumətindən sığınacaq istəyəcəyini deyir.

 

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.