2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əfqan Muxtarlının oğurlanması təsdiqini tapdı – DTX-nın rəis müavinindən etiraf

Jurnalist Əfqan Muxtarlının Gürcüstanın paytaxtı Tbilisidə tutulması ilə bağlı yeni məlumat var.

Əfqan Muxtarlı 2017-ci il mayın 29-da ailəsi ilə birgə yaşadığı Gürcüstanın paytaxtı Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları bəyan edib ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

2018-ci il yanvarın 12-də Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.

Saytların yığılması Saytlarin yigilmasi

2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı ilə birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.

2020-ci il martın 17-də Əfqan Muxtarlı həbsdən buraxılaraq Almaniyaya aparılıb. Həmin gün jurnalistin cəzasının qalan hissəsi cərimə ilə əvəzlənib.

Ən yeni məlumata görə, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili Əfqan Muxtarlının oğurlandığını etiraf edib. İyulun 16-da tutulan Soso Qoqaşvili iyulun 26-da saxlandığı həbs yerindən yaydığı bəyanatda bildirir ki, Əfqan Muxtarlı hakim partiyanın qurucusu Bidzina İvanişvilinin göstərişi ilə saxlanaraq Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilib.

1956-cı il təvəllüdlü Bidzina İvanişvili iş adamıdır. Rusiyaya bağlılığı ilə tanınır. Onun qurduğu Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 2012-ci ildən hakimiyyətdədir.

24 saat” “Əfqan Muxtarlının oğurlanması təsdiqini tapdı – DTX-nın rəis müavinindən etiraf” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button