Now Reading:
Əfqan Muxtarlının şikayəti təmin olunmadı

Əfqan Muxtarlının şikayəti təmin olunmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması barədə Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda şikayət təmin olunmayıb.

Əfqan Muxtarlının vəkili Zibeydə Zəkəriyyeva bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində problemlər var. Bu səbəbdən Əfqan Muxtarlı özü də ev dustaqlığına buraxılmasını vacib hesab edir. Ə.Muxtarlı hakimə bildirib ki, onun ölkədən getmək niyyəti yoxdur. Bu işin ədalətlə araşdırılmasında maraqlıdır və günahkarların cəzalandırılmasını istəyir.

 

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.