2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Əfsanəvi DeLorean brendi ilk elektromobilinin dizaynının bir hissəsini sərgiləyib

    Məşhur “Back to the Future” film seriyası DeLorean DMC-12 idman avtomobilinə əfsanə statusunu qazandırdı. Sözügedən avtomobil keçən əsrin 80-ci illərinin əvvəllərində məhdud sayda satışa çıxarılmışdı. Keçən onilliyin əvvəllərində isə məşhur DeLorean brendi bərpa edilmişdi. Bir neçə müddət bundan öncə DeLorean təmsilçiləri elan etmişdilər ki, bu il sözügedən avtomobilin elektriklə çalışan versiyası təqdim ediləcək. İndi isə verilmiş rəsmi məlumata əsasən DeLorean-ın ilk elektromobilinin prototipi avqust ayında Kaliforniyada keçiriləcək xüsusi tədbir çərçivəsində təqdim ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Təqdimat 18 avqust tarixində baş tutmalıdır. Təqdimat çərçivəsində həmçinin elektromobilə veriləcək ad da elan ediləcək. Bununla yanaşı DeLorean elektromobilinin arxa hissəsinin necə görünəcəyi üzrə ilk rəsmi foto da təqdim edilib. Təqdim edilmiş fotoda elektromobilin arxa hissəsinin yarısını görmək olar. Həmçinin fotodan da görmək olar ki, elektromobilin arxa şüşəsi sahəsində aerodinamik yuvalar mövcuddur. Elektrikli DeLorean modelinin texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Çox güman ki, bütün ətraflı məlumat məhz təqdimat zamanı təqdim ediləcək.

24 saat” “Əfsanəvi DeLorean brendi ilk elektromobilinin dizaynının bir hissəsini sərgiləyib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button