Əfv sərəncamının icrasına başlanılıb - 24 saat xəbərlər
Now Reading:
Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı Cəzaçəkmə Müəssisindən 8 nəfər azadlığa buraxılıb.

Mərasimdə Ombudsman Elmira Süleymanova, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və digər şəxslər iştirak ediblər. E.Süleymanova bildirib ki, bu, ölkə başçısının imzaladığı 64-cü əfv sərəncamıdır. O, azadlığa qovuşan qadın məhkumları və onların yaxınlarını təbrik edib.

Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.

Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

APA

Input your search keywords and press Enter.