Now Reading:
Əhəd Abıyev Aprel qazisini aldatmaq üçün oğlunu “damdan yıxıb”

Əhəd Abıyev Aprel qazisini aldatmaq üçün oğlunu “damdan yıxıb”

“Oğlum damdan yıxılıb, beli qırılıb”

“Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin oğlu 2016-cı ilin yazında özünü binadan atıb”. 24saat.org-a müsahibəsində daşkəsənli aprel qazisi Arzu Məmmədov bildirib ki, bu barədə Əhəd Abıyevin özü ona deyib.

“Aprel hadisələrində yaralandıqdan sonra 38 gün hərbi hospitalda qaldım. Həmin müddətdə nə Əhəd Abıyev, nə də müavinləri yanıma gəldi. Halbuki Prezident İlham Əliyev hospitala bizimlə görüşməyə gələndə icra başçılarına tapşırıq vermişdi ki, qazilərlə maraqlansınlar, onların qayğısına qalsınlar. Daşkəsənə qayıtdıqdan sonra qəbuluna gedib ondan mənə baş çəkməməinin səbəbini soruşdum. Əhəd Abıyev cavab verdi ki, həmin vaxt oğlu yeddinci mərtəbədən yıxılıb və beli qırılıb. “Ona görə də gözümə heç kim görünmürdü” – Arzu Məmmədov bildirir.
24saat.org məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, mediada Əhəd Abıyevin oğlu İslam Abıyevin 9-cu mərtəbədən yıxılması və ya intihar eməsi ilə bağlı xəbərlər yazılsa da, bu xəbərlər 2014-cü ilə aiddir. Məlumatlarda qeyd olunur ki, Əhəd Abıyev oğlunu Türkiyəyə müalicəyə aparıb və 17 yaşlı İslam Ağayev qaldıqları 9 mərtəbəli otel binasının damıdan yıxılıb.

Ancaq Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev həmin vaxt bu xəbərləri cəfəngiyyat adlandırıb. O deyib ki, oğlunu səhhətində heç bir problem yoxdur:

“Boş şeydir, cəfəngiyyatdır. İdmançı uşaqdır, sağlamlığında da heç bir problem yoxdur. Hazırda Bakıdadır. Ümumiyyətlə Türkiyəyə müalicəyə getmək xəbəri də kökündən yanlışdır”.

Həmçinin həmin vaxt İslam Abıyevin özü də mediaya açıqlamasında bu xəbəri ciddi-cəhdlə təkzib edib və yalan olduğunu sübut eməyə çalışıb. Sitat: “Deməyə söz tapmıram. Hər gün idmanla məşğul olan adamam. Niyə intihar edim ki? Çox maraqlı gəldi özümə də, görəsən niyə belə yazırlar? Bilmək istəyirsinizsə, hazırda Zuğulbada hökumət bağında üzgüçülüklə məşğulam. Yarışlara hazırlaşıram. Lazım olsa, sizi də idmanla məşğul olduğum yerə dəvət edərəm, zamanınız olsa, buyurub baxa bilərsiniz. Bədənimdə 1 dənə də olsun yara izi yoxdur. Yazılanların da hamısı boş söhbətlərdir”.

Nəticədə məlum olur ki, əslində, Əhəd Abıyev qazi Arzu Məmmədova yalan danışıb. Belə ki, Arzu Məmmədov 2016-cı ildə yaralanıb. Əhəd Abıyevin oğlunun yaralanması ilə bağlı hadisə (əgər baş veribsə) isə 2014-cü ilə aiddir. Həmçinin nəzərə alsaq ki, belə bir hadisənin baş verməsi həm Əhəd Abıyevin özü, həm də oğlu tərəfindən təkzib edilib, o zaman Əhəd Abıyevin yalan danışmasına şübhə yeri qalmır.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.