24saat.org "Əhalinin 30 faizindən çoxu pensiya yaşına çatmadan vəfat edir" - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
“Əhalinin 30 faizindən çoxu pensiya yaşına çatmadan vəfat edir”

Qubad İbadoğlu: ”Gözlənilən pensiya ödənişi müddətinə görə Azərbaycan MDB-də yalnız Tacikistandan irəlidədir”

“Azərbaycanda gözlənilən pensiya müddəti 7,5 ildir. Bu göstəriciyə görə MDB məkanında yalnız Tacikistan bizdən geri qalır”. 24saat.org Meydan TV-yə istinadən xəbər verir ki, pensiya yaşı ilə bağlı açıqlamanı iqtisadçı Qubad İbadoğlu verib. O, ildirir ki, Azərbaycanda problem yalnız pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxunun vəfat etməsi deyil. Həm də pensiyaya çıxandan sonra gözlənilən pensiya müddətinin az olması ilə bağlıdır:

“Bu göstərici Azərbaycanda 7,5 ildir. MDB məkanında yalnız Tacikistan bizdən geri qalır. Belarus isə 14 pillə irəlidə gedir. Gözlənilən pensiya ödənişi müddəti İsveçrədə 18 il, Yaponiyada 17 il, Fransada isə 16 ildir”.

Rəsmi açıqlamalara görə, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. İqtisadçı müqayisə üçün deyib ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub:

“Pensiya sahəsində digər bir problem, Azərbaycanda vəfat edənlərin 30,72 faizi pensiya yaşına (60 yaşa) çatmamış dünyasını dəyişməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə bu göstərici kişilər arasında 38,27 faiz, qadınlar arasında 22,11 faiz, kənd yerlərində 27,41 faiz, şəhərdə 33,47 faiz olub. Hesablamalar göstərir ki, pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-i təqaüd almadan dünyasını dəyişəcək”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.