Loading...
Loading...
İqtisadiyyat

Əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi azalıb

2021-ci ilin yanvar-iyul aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 5,2% – 8 milyard 605,9 milyon manatadək artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,4% – 3 milyard 844,8 milyon manatadək və ya bütün əmanətlərin 44,7%-i səviyyəsində azalıb (2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib).

7 ay ərzində əhalinin milli valyutada əmanətlərinin həcmi 18,2% – 4 milyard 761,1 milyon manatadək (bütün əmanətlərin 55,3%-i) artıb.

31 iyul 2021-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 321,2 milyon manat, qeyri-rezidentlərin – 284,7 milyon manat təşkil edir. Hesabat dövründə rezidentlərin əmanətlərinin həcmi 5,4%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 1,4% artıb.

İyulun 31-nə banklarda əmanət və depozitlərin həcmi 24 milyard 926,9 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 5,3% çoxdur.

İnterfaks

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button