Now Reading:
Əhalinin banklardan pulunu geri götürdüyü rəsmən təsdiq olundu

Əhalinin banklardan pulunu geri götürdüyü rəsmən təsdiq olundu

31.12.2016-cı il tarixinə banklarda cəmi depozitlər 16 milyard 410 milyon manat təşkil edib. Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin 80%-dən çoxu və hüquqi şəxslərin depozitlərinin xeyli hisəsi ABŞ dollarındadır. Qısası,  Dolların Manat qarşısında bahalaşması depozitlərin manat ifadəsində   armasına səbəb olur. Dekabr ayında Dollar Manat qarşısında bahalaşsa da, depzoitlərin geri götürülməsi artımın əks olunmasına imkan verməyib.

Belə ki, Dekabr ayında cəmi depozitlər 480 milyon manat azalıb.

Noyabr ayının sonunda 7 milyard 583,8 milyon manat olan fiziki şəxslərin depozitləri isə Dekabr ayının sonunda 7 milyard 432,1 milyon manata düşüb. Yəni, fiziki şəxlərin depozitləri 151,7 milyon manat azalıb. Əslində real azalma daha çoxdur, Dollar bahalaşması azalmanın bir hissəsini Manat ifadəsində kompensasiya edib.

Ötən ilin Dekabr ayında Noyabr ayının sonu ilə müqayisədə fiziki şəxslərin müddətli depozitləri 5 milyard 727,6 milyon manatdan 5 milyard 671,2 milyon manata, tələbli depozitlər isə 1 milyard 851,1 milyon manatdan 1 milyard 760,9 milyon manata düşüb.

Dekabrda hüquqi şəxlərin depozitləri isə 328,4 milyon manat azalaraq 9 milyard 306,3 milyon manatdan 8 milyard 977,9 milyon manata geriləyib.

31.12.2016, milyon manatla 30.11.2016, milyon manatla
Depozitlər (maliyyə institutları istisna olmaqla) 16,410 16,890
Fiziki şəxslərin depoziti 7,432.1 7,583.8
 -müddətli 5,671.2 5,727.6
 -tələbli 1,760.9 1,856.1
Hüquqi şəxslərin depozitləri 8,977.9 9,306,3
 -müddətli 4,140.1 4,320.0
 -tələbli 4,837.8 4,986,3
Input your search keywords and press Enter.