AZ24SAAT.ORG

Now Reading:
Əli Əhmədov Rasi-zadəyə söz atdı: ” 80 yaşa qədər…”

“Azərbaycanda pensiya yaşına çatanların, demək olar ki, heç biri pensiyaya çıxmaq istəmir. Nəinki 65, 70, 75, bəzən 80 yaşa qədər də çalışırlar”, 24saat.org xəbər verir ki, bu sözləri İctimai Televiziyada (İTV) prezidentliyə namizədlərin Dəyirmi Masasında namizəd İlham Əliyevin nümayəndəsi Əli Əhmədov deyib.

24saat.org qeyd edir ki, Azərbaycanda yüksək vəzifəli məmurların çox olması daim sosial şəbəkələrdə müzakirə mövzusudur.

Bu məmurlardan ən yaşlısı isə Baş nazir Arur Rəsizadədir. Belə ki, Artur Rasi-zadə bu il 84 yaşını tamam edib. Onu da bildirək ki, səslənən ittiham dolu sözlərin müəllifi olan Əli Əhmədov 84 yaşlı Baş nazirin müavinidir.

İddialara görə, Baş nazir Artur Rasi-zadənin müavini olan Əli Əhmədov çıxışı zamanı Azərbaycanda pensiya yaşının 65 yaşadək artırılması ilə bağlı fikirlərə münasibət bildirən zaman “bəzən 80 yaşa qədər də çalışırlar” – deməklə, “Ən qocaman məmur” statusunda olan Baş nazirə söz atıb.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.