2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əli Əliyev həbsdən buraxmadılar

Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin şikayəti üzrə qərar çıxarıb. Şikayət təmin olunmayıb, siyasətçi həbsdə saxlanıb.

Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun xüsusi ittiham qaydasında şikayəti əsasında çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Emil Cəfərov və Dövlət Sərhəd Xidmətinin kapitanı Ramin Ədilov Yasamal Rayon Məhkəməsinə şikayətlərində siyasətçinin böhtana (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) görə məsuliyyətə cəlb olunmasını istəyiblər.

2021-ci il noyabrın 30-da Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, Emil Cəfərov və Ramin Ədilov xəsarətlər alıblar. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar.

Ramin Ədilovun şikayəti üzrə proses hələ başa çatmayıb.

Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

1967-ci il təvəllüdlü Əli Əliyev Azərbaycan Tibb Universitetinin müəllimi, biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.

Əli Əliyev həbsdən buraxmadılar – Press Klub ” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button