Manşet

Əli Həsənov-Eldar Mahmudov görüşü baş tutub? – “Video qalmaqal”ın pərdəarxası

Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov ilə bağlı “video qalmaqalı” onun arzuolunmaz fəaliyyəti ilə bağlı olduğu iddia olunur.

“24 saat”-a daxil olan məlumatda iddia edilir ki, “video” yayılmamışdan bir müddət öncə Əli Həsənov keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb. Görüşün detalları ilə bağlı dəqiq bilgi olmasa da, sabiqlərin ölkədəki vəziyyəti müzakirə etdikləri güman edilir.

İstənilən halda, adıçəkilən şəxslərin təması hakimiyyətdə narahatlıq doğurmaya bilməz. Eldar Mahmudov 11 il MTN-ə rəhbərlik edib. 2015-ci ilin oktyabrında onun karyerasına son qoyulub. “MTN işi”Hacı Məmmədov işi” qədər sensasiyalı olub. Bəlli olub ki, milli təhlükəsizliklə məşğul olan qurum Eldar Mahmudovun dövründə qanqster yuvasına çevrilib. Elə bu səbəbdən xeyli sayda general həbs həyatı yaşamalı olub. Eldar Mahmudovun özü isə demək olar ki, təcrid vəziyyətinə salınıb.

Əli Həsənov da illərlə iqtidar komandasında təmsil olunmasına baxmayaraq, hazırda ən arzuolunmaz şəxs hesab edilir. O, vəzifəsindən çıxarıldıqdan sonra qanunsuz əməlləri, əmlakları, ölkənin ictimai-siyasi mühitində iyrənc atmosfer yaratması barədə elə iqtidarın nəzarətində olan media orqanlarında materiallar yayımlanıb. Nəzərə alsaq ki, hazırda iqtidar üçün ən həssas dönəmdir, belə bir vəziyyətdə Əli Həsənov-Eldar Mahmudov görüşü qəzəb doğurmaya bilməzdi.

Əli Həsənov-Eldar Mahmudov görüşünin pərdəarxası

 

Əlbəttə biz iddia etmirik ki, “video qalmaqalı” iqtidarın mətbəxində hazırlanıb. Bu hətta bir qədər inandırıcı görünmür. Ortada hansısa maraqlı qüvvələr də ola və Mahmudov-Həsənov təmasından sonra keçmiş köməkçini qıcıqlandırmaq üçün belə bir addım atıla bilər.

Amma nəzərə alsaq ki, Eldar Mahmudovun bu illər ərzində həbs olunmamsının səbəbini bəzi siyasi qüvvələr tərəfindən onun əlində olduğu iddia olunun şantaj xarakterli video-kasetlərlərlə əlaqələndirir və Əli Həsənov da məhz dedi-qodusu yayılmağa başlayan görüşdən sonra eyni “silahla” “vuruldu”, o zaman mesaj aydın oxuna bilir.

24saat.org

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button