24saat.org Əli Həsənovu kimlər şantaj edir? - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Əli Həsənovu kimlər şantaj edir?

Baş nazirin müavinindən hakimiyyətdəki rəqiblərinə sərt cavab

Bir neçə gündür ki, mediada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun daha bir nəvəsinin qanunsuz əməllərindən yazılır. Bildirilir ki, Əli Həsənovun nəvəsi Emil Həsənli Sumqayıtda yaşıllığı məhv edir.

Baş nazirin müavini yazılanlara reaksiyası maraqlıdır. Əli Həsənov bildirib ki, artıq 9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə onu şantaj edirlər. “O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də”– deyə Əli Həsənov əlavə edib.

Baş nazirin müavini ad çəkməsə də, sözlərindən belə anlaşılır ki, hakimiyyətdə hansısa qruplar ona qarşıdır. Əlbəttə onun “məni şantaj edirlər” fikrinin hansısa media orqanına yönəldiyini də söyləmək olardı. Lakin baş nazirin müavini sonrakı fikirlərindən görünür ki, söhbət iri miqyaslı kampaniyadan gedir. Özü də bu kampaniya 9 aydır davam edir. Əli Həsənov daha sonra məmur kimi fəaliyyətinə diqqət çəkir. “50 ildir dövlətə xidmət edirəm. Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə, o qədər də xidmətimi davam etdirəcəm. Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.

Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa öz qabını çatladar” .

Əli Həsənovun bu fikirlərindən belə qənaətə gəlmək olar ki, iddia etdiyi “sifarişli şantaj” onun vəzifəsindən çıxarmaq məqsədi daşıyır. Görünür hakimiyyət daxilində ziddiyyətlərin olması barədə məlumatlar əsassız deyil. Əks təqdirdə komitə sədri, baş nazirin müavini olmaqla yanaşı hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini olan, özü dediyi kimi 50 il dövlətşiliyə xidmət edən Əli Həsənov bu gün şantaja məruz qalmasından danışmazdı.

Az24.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.