Cəmiyyət

Əli Həsənovun işdən çıxarılan polis rəisi qaynından açıqlama

“Biz dövlət qulluqçusuyuq. Dövlət qulluqçuları dövlət tərəfindən vəzifəyə təyin olduqları kimi, azad da edilə bilərlər”.Bunu Pravda.az-a açıqlamasında xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən Cəbrayıl Vəliyev deyib.“Sosial şəbəkələrdə yayılan söz-söhbətlərə gəlincə, mən sosial şəbəkələrdə işləmirəm, daxili işlər orqanlarının əməkdaşıyam. Biz harda olsaq da, dövlətə və dövlətçiliyə bağlı insanlarıq”,- deyə C.Vəliyev əlavə edib.O, əsəbiləşdiyindən əlavə suallara cavab verməkdən imtina edibQeyd eək ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev fevralın 12-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə vəzifəsindən azad edilib. Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb və o, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qaynıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button