Now Reading:
ƏLİ İNSANOV AZADLIĞA ÇIXIR

Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxıla bilər.

Az24.org xəbər verir ki, bu barədə yayılan məlumatlarda Əli İnsanovun gözlənilən əfv sərəncamı ilə həbsdən çıxacaq.

Bu 11 aprel seçkisindən sonra baş verə bilər. Çünki bəzi mülahizələrə görə, hakimiyyət seçkidən sonra böyük əfvə hazırlaşır. Doğrudur, əfv sərəncamının Novruz bayramında veriləcəyi barədə də iddialar var. Lakin əksər müşahidəçilər hakimiyyətin seçki ərəfəsində xeyli sayda siyasi məhbusu azadlığa buraxacağını inandırıcı saymır. Onların fikrincə, Azərbaycan hökuməti beynəlxalq strukturların seçkilərə münasibətini bilmək istəyir. Əfvin miqaysı da bu münasibətdən asılı ola bilər.

Konkret olaraq Əli İnsanova gəlincə, bundan əvvəlki əfv sərəncamlarından əvvəl də sabiq nazirin azadlığa buraxılacağı barədə məlumatlar yayılıb. Lakin sonradan bu məlumatlar bu və ya digər şəkildə təkzib olunub. Əli İnsanovun azadlığa buraxılmaması onun əfv ərizəsi yazmaqdan imtina etməsi ilə izah edilib.

Bu dəfə də eyni hal təkrarlana bilərmi?

Ekspertlərin fikrincə, hakimiyyət bu dəfə Əli İnsanovun qarşısında hər hansı şərt irəli sürməyə həvəsli görünmür. Çünki sabiq nazir artıq ahıl yaşındadı və onun səhhəti aktiv siyasətlə məşğul olmağa imkan vermir.

Digər tərəfdən artıq Qərbi Azərbaycan elektoratı tam olaraq hökumətin nəzarətindədir. Bununla da Əli İnsanov təhlükəsi neytrallaşıb. Müxalifətin özündə də sabiq nazirə münasibət birmənalı deyil. Müxalif cameədə onu dəstəkləyənlərlə yanaşı keçmiş fəaliyyətinə görə əleyhdarları da kifayət qədərdir. Ona görə də hansısa müxalif təşkilatın dərhal Əli İnsanova qucaq açması inandırıcı görünmür. Güman ki, hakimiyyət də bütün bunların fərqindədir. Ona görə də şərt irəli sürüb yenidən “İnsanov fırtınası” yaratmaqla əfv kampaniyasına kölgə salmaq məqsədəuyğun sayılmaya bilər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.