ÖLKƏ

Əli İnsanovun partiyası yeni seçki tələb edir

9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədəkənar seçkilərlə bağlı Haqq Ədalət Partiyası bəyanat verib. Bəyanatda deyilir:

Azərbaycanda 9 fevral 2020-ci ildə ölkəni idarə edən avtoritar rejim seçicilərin və bütövlükdə xalqın iradəsini nəzərə almadan, növbəti dəfə keçirilən seçkiləri total şəkildə saxtalaşdıraraq, öz komanda üzvlərini Milli Məclisə deputat adı ilə təyin etdi.
Rejim seçkilərin səbəbini və zəruriliyini xalqa izah etmədən, milyonlarla büdcə vəsaitini xalqa lazım olmayan seçkiləri keçirmək üçün havaya sovurdu. Seçkilər üçün minimum demokratik seçki mühiti yaratmadan,Venetsiya komissiyasının və bir sıra Beynəlxalq təşkilatların, o cümlədən müxalifət partiyalarının dəyirmi masada qəbul etdikləri və hökümətə təqdim olunmuş seçkilərlə bağlı sənədlər paketini araşdırmadan, seçki qabağı müxalifətdən olan namizədlərin təşviqat planlarını və tədbirlərini pozaraq, seçki günü isə bu vaxta qədər Azərbaycanda görünməmiş saxtakarlıqları həyata keçirərək, seçki adı ilə bütün Azərbaycan qanunlarını pozaraq, bir maskarad düzənlədi.
Bu günlərdə AŞPA-nın qəbul etdiyi qətnamədə 135 (yüz otuz beş) nəfər siyasi məhbus kimi tanınmış təqsirsiz Azərbaycan vətəndaşları yada düşmədi və azadlığa buraxılmadılar.
Haqq Ədalət Partiyasından olan müstəqil müşahidəçilərin əldə etdikləri məlumatlara görə bir sıra məntəqələrdə seçicilərin 2-3%-i, ən yaxşı halda isə seçicilərin 7-10%-nin iştirakı müəyyənləşdirildi.
Seçkilərdə iştirak etmiş xalq arasında yüksək nüfuza malik Müsavat, Real və digər partiyaların üzvləri iqtidar nümayəndələri ilə müqayisədə daha yüksək səs alsalar da Milli Məclisə buraxılmadılar.
Haqq Ədalət Partiyası analoqu olmayan saxtakarlıqlarla keçirilmiş bu seçkiləri müşahidə etmiş Beynəlxalq Təşkilatlara seçkilərin nəticələrini tanımamağa çağırır.
9 fevral 2020-ci ildə Azərbaycanda Milli Məclisə keçirilən seçkiləri əvvəlcədən baykot etmiş Haqq Ədalət Partiyası xalqın iradəsinə söykənərək Azərbaycan hakimiyyətindən seçkilərin nəticələrini ləğv etməsini, yeni seçki məcəlləsinin qəbul edilməsini, Azərbaycanda azad və demokratik seçki mühütinin yaradılmasını və normal rəqabət şəraitində Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close