2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Kərimli həmməruzəçilərlə müzakirə edilən məsələlərdən danışdı

Həmməruzəçilər iyunun 12-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi (AXCP), Müsavat və Liberal partiyalrının, REAL Hərəkatınəın rəhbərləri ilə görüşüb.

AXCP sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib ki, ilk növbədə Azərbaycanda son repressiya dalğası ilə bağlı danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda repressiyalar heç zaman dayanmayıb. Amma, son aylar ərzində yeni repressiya dalğası müşahidə edirik. Unsan haqlarının onusuz da pis olan vəziyyəti daha da pisləşib. Həbslərin sayı artıb. Mətbuata qarşı təzyiqlər ən yüksək həddə çatıb. Bunların hamısısnı AŞPA məruzəçiləri ilə müzakirə etdik. Xüsusilə, Gürcütanla bağlı baş verənlər, Əfqan Muxtarlı (mayın 29-da Gürcüstanda müəmmalı şəraitdə yoxa çıxaraq Azərbaycanda həbs edilən jurnalist-red) və Gözəl Bayramlının (AXCP sədrinin müavini) həbsi ayrıca müzakirə mövzusu olıdu. AŞPA məruzəçilərinin bu mövzuya xüsusi marağı var idi”, o qeyd edib.

Kərimli əvvəllər həbs olunmuş sisyasi məhbuslarla bağlı da ətraflı müzakirə aparıldığını deyib.

“Əksər siyasi məhbusların işlərini ayrı-ayrılıqda müzakirə etdik. O cümlədən AXCP-yə qarşı xüsusi qərəzli münasibət müzakirə olundu. Mənim, AXCP sədri olaraq hazırda azadlıqda heç bir müavinim, müşavirim və köməkçim qalmayıb. AXCP-yə qarşı xüsusi düşünülmüş qəddar münasibət də ayrıca müzakirə olundu”, AXCP sədri bildirib.

Onun sözlərinə görə, həmməruzəçilər səfərləri zamanı çoxsaylı siyasi məhbusla ayrı-ayrılıqda görüşmək fikrindədir.

“Onlar çalışacaqlar ki, Avropa Şurası daha sağlam şəraitdə ölkədəki siyasi məhbus, ümumiyyətlə ictimai-siyasi durumla daha aktiv məşğul olsun”.

Ə.Kərimli Azərbaycan hakimiyyətinin lobbiçilik yolu ilə AŞPA-dakı fəliyyətinin artıq qaraşdırma mövzusu olduğunu və siyasi məhbus məsələsinin qurumun gündəliyində ciddiliyi ilə durduğunu deyib.

Kərimli həmçinin iyunun 15-də Avropa Parlamentində də Azərbaycanla bağlı məsələnin müzakirə edilib qətnamə qəbul ediləcəyinin gözləndiyini deyib.

O bir sıra Avropa İttifaqı strukturları ilə də son zamanlar baş verənləri müzakirə etdiyini bildirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button