24saat.org Əli Kərimli hakimiyyətin “11 min hektar işğaldan azad olunub” şousunu alt-üst etdi - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Əli Kərimli hakimiyyətin “11 min hektar işğaldan azad olunub” şousunu alt-üst etdi

Bizə aid olan və düşmənin nəzarət etmədiyi torpaqlar 25 ildə nəyə görə nəzarətə götürülmürdü?

 

AXCP sədri Əli Kərimli Naxçıvanda guya 11 min hektar ərazinin erməni işğalından azad edildiyi haqda rəsmi təbliğatın yalan olması haqda yazıb və bu xüsusda hakimiyyətə bəzi suallar ünvanlayıb:

Kaş ki, ordumuz işğal altındakı torpaqlarımızı azad etsin, biz də millətcə sevinək. Ancaq Naxçıvanda guya 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalan idi. Bütün yalanlar kimi, bu da tez ifşa olundu. Məlum oldu ki, heç bir döyüşdən, torpaq azad etməkdən söhbət getmir. Sadəcə olaraq ön mövqelərimiz boş ərazilər hesabına irəli çəkilib. Ermənistan postları ilə bizim postlar arasındakı 5 kilometrlik məsafə 750 metrə qədər qısaldılıb. Açığı postların irəli çəkilməsini, ön mövqelərmizin bəzi yüksəkliklərdə möhkəmlənməsini doğru qərar hesab edirəm. Ancaq suallar var. Əvvəla, nəyə görə uzun illər ərzində bizim mövqelər bu qədər geri çəkilmişdi? Ermənistan ordusunun ön mövqelərindən düz 5 km Naxçıvanın içərilərinə doğru geri çəkilib, postları orada qurmaq hansı starateji ağlın məhsulu imiş? Tutaq ki, o vaxt Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvanda postlar əsassız şəkildə geri çəkilmişdi, bəs sonrakı 25 il ərzində bizə aid olan və həm də düşmənin nəzarət etmədiyi torpaqlar nəyə görə postları irəli çəkməklə nəzarətə götürülmürdü? Buradan belə nəticə çıxmırmı ki, rejim düşmənin zəbt etmədiyi, öz halal torpaqlarımızı da Rusiya Paşinyana acıqlanana qədər öz nəzarətinə götürməyə cəsarət etmirmiş?
“11 min hektar torpaq azad etmə” şousu bir məqamdan da xəbər verir. Rejim dәrk edir ki, xalq onun Qarabağ siyasətinin uğursuz olduğunu bilir, bütövlükdə ondan narazıdır. Belə kiçik “qələbə” imitasiyaları ilə narazı ictimaiyyəti bir az sakitləşdirmək istəyir. Ancaq nəzərə almır ki, indiki informasiya əsrində yalanın ömrü daha 40 gün də deyil, uzaqbaşı bir neçə saatlıqdır və insanları ən çox aldadılmaq, həm da davamlı şəkildə aldadılmaq qəzəbləndirir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.