ManşetSiyasətXəbərlər
SON DƏQİQƏ

Əli Kərimli növbəti təxribatla üz-üzə

Cəbhəçi gənc planı pozmaq üçün partiyadan istefa verdi: “Məni həbs edib Əli Kərimli və AXCP əleyhinə zorla ifadə almaq istəyirlər”

“Əli Kərimlidən aralan, Əli Kərimli ABŞ, İran və Ermənistan kəşfiyyatına işləyir.”

AXCP Gənclər Komitəsinin fəallarından, həm də inanclı gənclərdən olan Nicat Nizamov hakimiyyətin AXCP və onun sədrinə qarşı təxribat planı barədə yazıb. Qeyd edib ki, aldığı dəqiq məlumata görə, onu həbs edərək, AXCP sədri Əli Kərimlinin əleyhinə zorla yalan ifadələr almaq planı qurulub.

“Aldığım dəqiq məlumata görə, hakimiyyətin məni həbs etmək planı, həm də bu həbslə işgəncə verərək AXCP sədri Əli Kərimliyə və Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı ifadə alıb video görüntüyə çəkmək, partiyaya və sədrinə qarşı növbəti qarayaxma və radikal İslamçı, İran agenti ittihamı ilə nüfuzuna zərbə vurmaq planı var.
Burdan hakimiyyətə səslənirəm və bəyan edirəm ki, sizin bu arzunuz ürəyinizdə qalacaq, mən işgəncəyə dözməyib ifadə versəm də, buna kimsə inanmayacaq.Amma hesab edirəm ki, təkcə mənə görə Əli bəyin və partiyanın nüfuzuna zərər gəlməsinə razı ola bilmərəm və ona görə də bu gündən partiyada rəsmi fəaliyyətimin olmadığını bəyan edirəm”, – deyə gənc fəal Feysbuk hesabında yazıb.

Əli Kərimli: “Əl çəkin adamlardan!”

Gənc fəalın açıqlamasına AXCP sədri Əli Kərimli dərhal reaksiya verib.

“İçində olduğumuz region müharibə ssenarilərini müzakirə edir, Ermənistan Qarabağ torpaqlarını məskunlaşdırır, azyaşlı uşaqlara qarşı qəddar cinayətlər insanları dəhşətə gətirir. Sosial problemlər hər gün can alır. Belə bir vaxtda rejimin dərdinə baxın. “Əli Kərimlini daha necə şərləyə bilərik?” mövzusunda planlar qururlar. AXCP GK fəallarından, həm də inanclı gənc olan Nicat Nizamovu öz çirkin planları üçün növbəti qurban seçiblər”, – deyə o, feysbuk səhifəsində qeyd edib.

Ardınca N.Nizamovun yazdıqlarını sitat kimi verən AXCP sədri daha sonra bildirib:

“Görün insanları hansı təhdidlərlə üzbəüz qoyurlar ki, mənə qarşı saxta ifadələr ala bilsinlər. Bundan 2 ay əvvəl keçmiş müstəntiq və keçmiş siyasi məhbus Rüfət Səfərovdan da cinayət işi açmaq hədəsilə mənə qarşı belə saxta ifadələr almağa çalışmışdılar. Rüfət bəy də, Nicat bəy də sağ olsunlar! Bu igid insanlar öz həyatlarına əlavə risklər yaratmaq bahasına olsa da, mənə qarşı hazırlanan çirkin təxribatı ifşa ediblər. Nicat Nizamovun partiyamızdan getməyə məcbur olmasına çox təəssüf edirəm.
Görün bu adamlar başlarını necə itiriblər ki, hətta Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya belə təzyiq edirlərmiş ki, Əli Kərimlidən aralan, Əli Kərimli ABŞ, İran və Ermənistan kəşfiyyatına işləyir. Və bu təfəkkürlə dövlət idarə edirlər. Vaxtilə Tale Bağırzadə və onun müavni Elçin Qasımova da işgəncə verib tələb edirlərmiş ki, mənə qarşı saxta ifadələr versinlər. Adam eyni səhvi neçə dəfə təkrarlayar? Axı siz bu işdə artıq ifşa olunmusunuz. Nicat Nizamov demişkən, tutalım, lap elə bir adam tapdınız ki, işgəncələrə dözməyib, istədiyiniz şəri mənim ünvanıma dedi, kim inanacaq buna? Kim bilməyəcək ki, həmin yalan ifadə işgəncə ilə alınıb? Azərbaycan xalqını, dünya ictimaiyyətini necə inandıra bilərsiniz ki, Əli Kərimli radikal dindar imiş? Mən 30 ildir ki, siyasətdəyəm. Mənim siyasi görüşlərimi kim bilmir? Mənim bütün siyasi fəaliyyətim boyu demokratik, hüquqi, dünyəvi Azərbaycan üçün mübarizə apardığımı kim bilmir? Əl çəkin adamlardan! Sülalə hakimiyyətini labüd məğlubiyyətdən onsuz da xilas edə bilməyəcəksiniz”.

24 saat” xəbəri azadlıq.info istinadən dərc edib

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close