“Əli Kərimli və Taleh Bağırzadə əleyhinə ifadə almaq üçün dəhşətli işgəncələr verdilər”

“İdarənin döşəməsini bizim bədənimizlə sildilər; bədənimdə elə yer yox idi ki, tok verməsinlər”

Nardaran hadisələri ilə əlaqədar həbs olunan, aralarında Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri Elçin Qasımovun da olduğu 12 nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb. Hazırda məhkəmə prosesində təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsidi. Yanvarın 27-də keçirilən məhkəmədə Elçin Qasımov və Ağa-Əli Yəhyayev ifadə verib.

“O silahların müəyyən hissəsi bizdə olsaydı, gedib Qarabağı alardıq”

BDU-nun ilahiyyat fakültəsinin məzunu, Milli Elmlər Akademiyasının doktorantı olan Elçin Qasımov ifadəsində bildirib ki, özü də daxil olmaqla, bu iş üzrə ittiham olunanlar heç bir cinayət törətməyiblər, onlara verilən ittihamlar şər-böhtandır: “Bunlar valideynləri günahsız övladlarından ayrı salmaqla, onların da haqqına giriblər. O valideynlər heç bir təqsiri olmayan övladını burada görməməlidir. Mənim bu cinayət işi ilə bağlı deməyə sözüm çoxdur, onların hamısını bir ifadəyə sığışdırmaq mümkün deyil. Bizimlə bağlı istintaq başdan-ayağa qanunsuz olub. 18 cilddən ibarət bu cinayət işini bir ay ərzində sətir-sətir oxumuşam. Bizə qarşı ittihamlarla bağlı bircə sübut yoxdur.
İttihama görə, guya, biz “Müsəlman Birliyi Hərəkatı” adlı qanunsuz təşkilat yaratmışıq, bu təşkilat konstitusiyaya zidd fəaliyyət göstərib, şəriət dövləti yaratmaq istəmişik. Allaha and olsun, hamısı yalandır. Bunları yazırlar, amma heç bir sübut da ortaya qoymurlar. Çünki bu ittihamların heç bir əsası yoxdur, hamısı qondarma ittihamlardı. Bizim üzərimizə fantastik qondarma silah-sursat qoyublar. O silahların müəyyən hissəsi bizdə olsaydı, gedib Qarabağı alardıq”.
Müsəlman Birliyi Hərəkatının yaranmasından danışan Elçin Qasımov bildirib ki, təşkilat 2015-ci ilin yanvarında təsis olunandan sonra dövlət qeydiyyatına alınması üçün sənədlər hazırlanıb, Ədliyyə Nazirliyinə təqdim olunub. Bir dəfə sənədlərdə müəyyən çatışmazlıqlar səbəbilə nazirlik sənədləri geri qaytarsa da, ikinci dəfə yenidən müraciət olunub. Ədliyyə Nazirliyinin sorğulara rəsmi cavablarında da bu məsələ təsdiqlənib: “Harda görünüb ki, mütəşəkkil cinayətkar birlik yaradasan, sonra da onu rəsmi dövlət qeydiyyatından keçirmək üçün müraciət edəsən? Yatıb yuxuda gördüklərini ittihama yazıblar. Biz istər konstitusiyaya, istərsə də Ədliyyə Nazirliyinə təqdim etdiyimiz Nizamnaməyə uyğun fəaliyyət göstərmişik. Ona görə də bu ittiham ləğv olunmalıdır”.

“Sabuncu polisində mənə ağlagəlməz işgəncələr verdilər”

Daha sonra Elçin Qasımov necə həbs olunması haqda danışıb. Bildirib ki, 2015-ci il noyabrın 5-də axşam 19-20 radələrində evinə qayıdarkın yaşadığı evin yaxınlığında polislər onu gözləyirdi: “Birini tanıyırdım, adı Sadiqdi, 14-cü polis bölməsində səhv eləmirəmsə, rəis müavinidi. Ondan başqa daha üç nəfər mülki geyimli vardı. Həmin tanıdığım polis normal şəkildə, heç bir kobudluq eləmədən dedi ki, “rəis səni görmək istəyir”. Mən də sakitcə maşına oturdum, etiraz eləmədən getdim. Amma məni bölməyə yox, Sabunçu Rayon Polis İdarəsinə apardılar. İdarəyə çatan kimi, heç bir söz demədən 12-14 nəfər üstümə tökülüşdü, döyməyə başladılar. Soruşdum ki, axı mən neyləmişəm, hansı cinayəti törətmişəm? Dedilər ki, “bizə mane olursan, başlamısız ki, ədalətli cəmiyyət istəyirik, ədalətli cəmiyyət qurmağa çalışırıq, siz kimsiz ki, ədalətli cəmiyyətdən danışırsız?” O adamlar elə raftar eləyirdilər ki, sanki tamam başqa millətin nümayəndələridi, mən də düşmənəm. Dedim ki, məgər ədalətli cəmiyyət istəmək, zülmə qarşı mübarizə aparmaq cinayətdir? Hansı qanunda yazılıb bu? Ədalətli cəmiyyət arzusu ancaq zülmkarları narahat edə bilər. İnsanın qəlbində iman nuru varsa, əksinə, o, zülmə qarşı dözümsüz olacaq.
Təxminən yarım saat ərzində mənə ağlasığmaz işgəncələr verdilər. Hərə bir tərəfdən vururdu. Bir nəfər yox idi ki, ondan normal şəkildə nəyisə soruşasan. Gücüm ancaq ona çatırdı ki, iki əlimlə üzümü tutum. Gördüm ki, məni öldürürlər, dedim ki, Allah, özün mənə kömək ol. Elə bunu demişdim, bir nəfər içəri girib göstəriç verdi ki, daha bəsdi. Ölümün caynağından qurtuldum.
Onu da deyim ki, heç kim bu cür işgəncələrlə bizi əqidəmizdən döndərə biləcəyini güman eləməsin. Biz ölərik, amma əqidəmizi satmarıq.
Həmin gün polislərdən eşitdiyim təhqirləri burada demək istəmirəm. Bir müstəntiq vardı, hətta Mirmövsüm ağanı da təhqir elədi…”

“Bu nə ölkədi? Qanunlara belə hörmətsizlik olar?”

Bu yerdə hakim Mayıl Bayramov Elçin Qasımovun ifadəsini dayandırıb:
– Sənə verilmiş ittihamın mahiyyətindən danış.
– Elə mən də ittihamın mahiyyətindən, həbsimdən danışıram da. Lerikdə istirahət etməkdən danışmıram ki. Məni o idarəyə niyə aparmışdılar?
Ertəsi gün inzibati protokol tərtib elədilər ki, guya, mən məsciddən çıxıb söyüş söymüşəm, Emin Babayev və Yusif adlı polislər də məni intizama dəvət ediblər, tabe olmamışam, tutub gətiriblər. Mənim haqqımda 30 sutka inzibati həbs qərarı çıxarılanda məhkəmədə hakim Emin Babayevdən hakim üç dəfə soruşdu ki, “sənə müqavimət göstərilib?” Dedi ki, yox. Apellyasiya Məhkəməsi də bu 30 sutka həbs qərarını qüvvədə saxladı. Mənim həbsimdən sonra telekanallarda bizə qarşı kampaniya başladı, bizi “terrorçu” kimi qələmə verirdilər. Noyabrın 26-da Nardarandakı hadisələrdən sonra 27-də prokurorluq mənim haqqımda 30 sutkalıq həbs qərarından protest verdi. Təsəsvvür edin, ayın 27-də verilmiş protestdə hələ noyabrın 28-də dindiriləcək polisin ifadəsinə istinad olunub. Prokurorluq yazır ki, guya, mən noyabrın 5-də axşam saat 22.00 radələrində Sabunçu Rayon Polis İdarəsinin qarşısında polis əməkdaşlarına silah və ya silah qismində əşya ilə xəsarət yetirmişəm. Saxtakarlıq olar, bu qədər də yox da. İnzibati həbs qərarında yazılıb ki, mən 20 radələrində artıq polis idarəsinə gətirilmişəm. O zaman mən saat 22-də idarənin qarşısında necə ola bilərdim? Bu nə ölkədi, qanunlara qarşı bu nə hörmətsizlikdi? Bizim işimiz üzrə istintaq və məhkəmə proseslərində qanunlar ayaq altına atılıb.

“Polis idarəsində dedilər ki, Hacı Talehi və Hacı Zülfüqarı öldürmüşük”

Nə isə, protest əsasında inzibati həbs qərarı ləğv olundu və Sabunçu prokurorluğunda mənim barəmdə cinayət işi başlandı, barəmdə üç ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Məni məhkəmədən Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına gətirdilər, orada polis mənə dedi ki, “gözün aydın, Hacı Talehi və hacı Zülfüqarı öldürmüşük. Dedim ki, hamı öləcək, əsas odu, bu həyatı şərəflə, ləyaqətlə başa vurasan”. Oradan da məni Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına gətirdilər. Bizi elə təqdim eləmişdilər ki, sanki təcridxanaya Ben Ladeni gətirmişdilər. Təcridxanaya yeni gələnlər karantində saxlanılır. Karantinin də gəzinti sahəsi var, yeri asvaltdı, üstü də açıqdı. Orada yerə skamya bərkidilib. Təsəvvür edin, o soyuqda əllərimi skamyaya qandalladılar, gecədən səhərə qədər o vəziyyətdə saxladılar. Həmin o işgəncələr, soyuq nəticəsində səhhətimdə xeyli problemlər yaranıb.
Sonra “bandotdel”ə gətirdilər, baxmayaraq ki, bizim işimizi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparırdı. Dekabrın 14-dən 24-nə qədər mənə orada hər gün olmazın işgəncələr verdilər. Tələb edirdilər ki, Taleh Bağırzadənin üzünə dayanım, deyim ki, bizə silah-sursat paylayıb. Məsləhət verib deyirdilər ki, körpə uşaqların var, bu ifadəni ver, sənə yeni maddələr verilməsin, yüngül maddələrlə çıx get uşaqlarının yanına”. Dedim axı, Talehin də uşaqları var, mən olmayan şeyi necə danışıb onun üzünə durum? Bir gün dedilər ki, sən bilirsən də, sizi Əli Kərimli tutdurub. Onun əleyhinə ifadə almaq istədilər. Dedim ki, mən o adamı bir dəfə – AXCP-nin qurultayında görmüşəm, salamlaşmışam, onun haqqında nə ifadə verə bilərəm axı? Dedilər ki, sənə son şans veririk, get fikirləş. İşgəncənin müxtəlif növləri var, orada elə işgəncələr verirdilər ki, bu haqda danışıb ürək bulandırmaq istəmirəm.
Allah çox böyükdür, şükür ki, onlara dözdüm, heç kimin əleyhinə ifadə vermədim. Bircə, atamın həbsilə məni hədələyib, evimizdən tapıldığı iddia olunan silahla bağlı ifadə verdim ki, guya, zibillikdən tapmışam.

“O kitabçanı özləri hazırlayıblar”

Mən Kürdəxanı təcridxanasında olanda ANS-də xəbər verdilər ki, guya, dekabrın 3-də bizim evimizdən döşəyin altından qumbara, “Makarov” tapançası, “Hacı Talehin müraciəti” adlı kitabça çıxıb. Hacı Talehin elə bir kitabçası ümumiyyətlə olmayıb, onu bizlərin həbsindən sonra özüləri hazırlayıblar. Mən iş materialları ilə tanış olanda həmin kitabçanın da mənə göstərilməsini istədim. Oxuyanda görürəm, orada Taleh Bağırzadənin adından yazılıb ki, “Elçin Qasımov və Elman Ağazadəyə qarşı zülmə son qoyulsun”. Elman Ağazadə Taleh Bağırzadədən sonra tutulub, o, əvvəlcədən həmin kitabçada ona qarşı zülmə son qoyulmasını necə tələb edə bilərdi? Yaxud da mənimlə bağlı. Əgər o kitabça mənim həbsimdən sonra hazırlanıbsa, mənə qarşı olablara etiraz bildirilirsə, onda mənim evimdə nə gəzirdi? Silahları da, kitabçanı da özləri qoyub, özləri də götürüblər.
Tələb etdikləri adamların əleyhinə ifadə vermədiyimi görüb məni ölümlə hədələdilər. Dedilər ki, Nardarandakı altı nəfər kimi səni də öldürərik, adını da qoyarıq “qaçmaq istəyirdi”. Buradan bütün ictimaiyyətə müraciət edirəm, birdən bizi bu cür bəhanələrlə öldürsələr, bilin ki, nə məsələdi”.
Elçin Qasımov ifadəsinin sonunda bir daha vurğulayıb ki, özünü heç bir ittiham üzrə təqsirli bilmir, Müsəlman Birliyi Hərəkatının üzvlərindən heç kimdə silah olmayıb: “Bizə qarşı ittihamların hamısı şər-böhtandı”.

“Polis İdarəsində yeri bizim bədənimizlə sildilər”

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayev də ifadə verib. Deyib ki, Elçin Qasımovun həbsilə əlaqədar noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısına gəlib, orada həbs olunub. İttihamların şər-böhtan olduğunu söyləyən Yəhyayev məruz qaldığı işgəncələrdən də danışıb: “Paltarlarımızı cırıb, bizi lüt vəziyyətdə polis idarəsinə apardılar. Azərbaycanda görünməmiş haqsızlığı bizə elədilər. Sabunçu rayon Polis İdarəsində bütün yeri bizim bədənimizlə sildilər. Ləyaqəti alçaldan, tərbiyəsiz hərəkətlər elədilər. Bədənimdə elə yer yox idi ki, tok verməsinlər. Kişiliyi olmayan insanlar bizim kişiliyimizə toxunmaq istədilər. Ermənidən betər alçaqlıq etdilər. Öz mahiyyətlərinə uyğun rəftar elədilər”.
Hətta ömürlük həbsin də onları əqidəsindən döndərməyəcəyini deyən Ağa-Əli Yəhyayevin fikrincə, Azərbaycanda hakimiyyət xalqla dindarlar arasında uçurum yaratmaq istəyir: “Bizdə nə silah-sursat, nə də kitabça olub. Bizim silahımız danışdıqlarımızdı. O kitabça da öz beyinlərinin məhsuludu. Biz heç vaxt dövlətçilik əleyhinə çıxmamışıq”.

azadliq.info

Paylaş:

İrəvan və havadarları şokda – Bakıdan prinsipial qərar…

Sonrakı Yazı »

Erkin Qədirli: “Yarım il bundan əvvəl bizdə Amerika pulu axtarırdılar, indi də İran pulu axtarırlar”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    3 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox