Now Reading:
Əli Kərimlidən “işgəncə vintlərinə” xəbərdarlıq: “Mütləq ədalətli cəzanızı alacaqsınız!”

Əli Kərimlidən “işgəncə vintlərinə” xəbərdarlıq: “Mütləq ədalətli cəzanızı alacaqsınız!”

İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda daxili işlər naziri Ramil Usubovla görüşüb. AXCP sədri bu görüş faktı və görüşdə müzakirə olunan məsələlər haqda rəsmi məlumata sökənərək, hüquq mühafizə orqanlarında siyasi məhbuslara və ümumiyyətlə saxlanılanlara qarşı işgəncə verənlərə xəbərdaredici açıqlama yayıb. Ə.Kərimli feysbuk səhifəsində yazıb:

İşgəncələr əleyhinə aparılan kampaniya kiçik də olsa, ilk nəticələrini verməkdədir. İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələrək daxili işlər naziri Ramil Usubovla görüşüb. DİN-in mətbuat xidmətinin özünün yaydığı məlumata görə, görüşdә Komitənin Azərbaycanda işgəncəlәrlə bağlı hazırladığı hesabatdan, “bu sənədin DİN-də diqqətlə öyrənilməsindən, oradakı tövsiyələrin icrasına başlanılmasından” söhbət gedib.

Gördünüzmü, bunlar hələ iqtidardır, ancaq işgəncə cinayətləri artıq beynəlxalq araşdırmaların predmetidir? Ardını da oxuyun.

Ramil Usubov hesabatda göstərilən xüsusatlara əlaqədar… 1 əməkdaşın xidmətdən xaric edildiyini və 7 əməkdaş barəsində ciddi intizam tədbirlərinin görüldüyünü bildirib. Ramil Usubov bu ilin birinci rübündə ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərində Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin 54 monitorinq keçirməsindən bəhs edib. O, qeyd edib ki, həmin müddətdə aşkarlanan kobud rəftar, əsassız gətirmə, saxlama hallarına görə 115 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 7 nəfəri xidmətdən xaric olunub, daha 7-si tutduğu vəzifədən azad edilib, 101 nəfər barəsində isə digər intizam tədbirləri görülüb.

Əlbəttə, biz yaxşı bilirik ki, işgəncə Azərbaycanda dövlət siyasətidir. DİN və Penitensiar Xidmət əməkdaşları saxlanılan şəxslərə və məhkumlara öz istəkləri ilə deyil, siyasi tapşırıqla işgəncə verirlər. Ancaq işgəncə elə cinayətdir ki, heç kim, heç vaxt işgəncə verən icraçıları, vintləri öz sinəsini qabağa verərək qorumayacaq, “onlarla işiniz yoxdur, işgəncə verməyi mən tapşırmışdım” deməyəcək.

Ölkədə hələ işgəncə rejimi iqtidar olduğundan işgəncə cinayətini törədənlərə qarşı onların haqq etdiyi cəza verilmir, işgəncələrə qarşı tədbir görülmə sadəcə imitasiya edilir. Ancaq xalq hakimiyyəti qurulduqdan sonra işgəncələri araşdıran xüsusi komissiya yaradılacaq, hazırkı siyasi məhbusların ifadələri qiymətli sübutlar kimi qәbul ediləcək və hazırda insanlara işgəncə verənlərdən kimsə məsuliyyətdən kənarda qala bilməyəcək. DİN, DTX, Penitensiar Xidmət əməkdaşlarını xəbərdar edin, kimlər indiyə qədər işgəncə cinayətlərində iştirakçı olmayıbsa, şanslı adamlardır, çalışıb bundan sonra da işgəncə vermәkdәn kənarda qalsınlar. Bu ağır cinayəti törədənlər isə mütləq ədalətli cəzalarını alacaqlar!

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.